NATO nədən ehtiyatlanır?
Putin Qərbə və postsovet ölkələrinə barmaq silkələdi
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Stoltenberqə yeni vəzifə
Münhen Təhlükəsizlik Konfransının sədri ilk dəfə alman olmayacaq
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Vəziyyət ciddidir”
NATO-ya Rusiya xəbərdarlığı
-
Berlindən Moskvaya növbəti ittiham
“Rusiya hərbi kəşfiyyat bölməsi NATO ölkələrinə kiberhücumlar həyata keçirib”
-
Seçkidən 5 gün sonra yanğın
Saksoniya dağlarındakı yanğın əyalətə nə qədər ziyan vurub?
-
ABŞ ordusu neçə cəbhədə döyüşə bilər?
Müttəfiqləri öz müdafiələri barədə düşünməli, Pentqaona çox da bel bağlamamalıdır
-
Stoltenberqdən Çinə çağırış
NATO-nun baş katib: “Rusiyaya dəstəyi dayandırın”
-
Siyasətdən gedir
Tobias Billströmdan istefa qərarı
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının üzvləri ilə görüşündə Qərbə qarşı hədə ritorikasının tonunu bir az da sərtləşdirib. Putinin dedikləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra barıtı çox olan ən güclü çıxış kimi qiymətləndirilə bilər. Görünür ki, müharibənin ilk vaxtlarında istədiyini qopara bilməyən Rusiya rəhbərliyi hərbi əməliyyatlardakı uğursuzluğu ört-basdır etmək üçün bleflər edirdisə, indi vəziyyət bir qədər dəyişib.
Yəni Kremlin cari tezisləri Rusiya hərbi qüvvələrinin Ukraynanın şərqi və cənub-şərq istiqamətində əldə etdiyi uğurlara söykənir, bu da Moskvanı Qərbə qarşı tərzini daha da amansızlaşdırır.
Putin Rusiyanın irəliləməsindən cuşa gələrək Qərbi açıq döyüş meydanına səsləyir, hərçənd ki, bu, daha çox psixoloji müharibənin elementidir.
Putin nə deyib ki, biz onun üzərinə vurğu edirik? O qeyd edib ki, Qərb döyüş meydanında Rusiyanı məğlub etmək istəyirsə, buyursun buna cəhd etsin.
“Biz eşidirik ki, Qərb bizimlə son ukraynalıya qədər vuruşmaq istəyir. Bu, Ukrayna xalqı üçün faciədir, lakin görünür, hər şey buna doğru gedir. Amma hamı bilməlidir ki, biz hələlik ciddi bir işə başlamamışıq. Biz sülh danışıqlarından imtina etmirik. Amma bundan imtina edənlər bilməlidirlər ki, nə qədər uzağa getsələr, bizimlə danışıqlar aparmaq bir o qədər çətin olacaq”.
Vladimir Putinin hədəsində blef elementləri indi də mövcuddur, ancaq onun dağıdıcı çıxışına təkan verən başqa güclü amillər də var ki, onları ümumiləşmiş şəkildə sadalamaq yerinə düşər.
Birinci, söhbət heç də NATO-nun kollektiv gücü ilə Rusiyanın gücü arasındakı müqayisədən getmir, güc müqayisəsində Moskva rəqibindən geri qalır. Burada təkcə hərbi güc konteksti nəzərə alınmır, Rusiya həm texnoloji imkanları, həm maliyyə resursları, həm kəşfiyyat resursları, həm də bəzi müasir silahların mövcudluğu baxımından NATO-nu təkbaşına üstələmək potensialına malik deyil.
Ancaq Rusiyada analoqu olmayan elə dağıdıcı silahlar – atom sualtı gəmiləri, qitələrarası ballistik raketləri, nüvə silahları var ki, Qərb onların tətiyinin çəkilməsindən ehtiyat edir.
Görünür ki, Qərbin masasında Rusiyanın nüvə silahını məqsədyönlü şəkildə istifadə riskinin səviyyəsini artırdığına dair kəşfiyyat məlumatları var. Rusiyanın bu nöqtədəki məramı Qərbi Ukraynaya hərbi dəstək verməkdən çəkindirmək və bu mövzuda qərar qəbul edən şəxslərdə qorxu yaratmaqdır.
NATO Rusiyanın nüvə silahına əl atacağı riski ilə bağlı həqiqətləri 5 faiz şkalasında dəyərləndirsə də, Moskvanın məsuliyyətsiz ritorikaya gedəcəyini də istisna etmir.
NATO-nun bu ehtiyatlı duruşu dünyanı mümkün nüvə zərbələrindən qorumaq məqsədlərinə söykənir, hərçənd ki, Alyansın balansında Moskvaya qarşı əks-nüvə zərbələri endirə biləcək potensial mövcuddur.
Ancaq nə Rusiya, nə də NATO nüvə ssenarisinin hara qədər uzanacağını bilmirlər, ona görə, Moskvanın özü də nüvə təhdidləri səsləndirsə belə, o da ehtiyat edir.
İkinci, Rusiyanın yumruğunu bərkidən taxıl ixracı imkanlarını artırması və dünyanı çörəyə möhtac qoymaq ehtimalını əlində rıçaq kimi saxlamasıdır.
Buna görə də, NATO müttəfiqləri taxıl ixracını asanlaşdırırarq, Rusiyanın Qara dəniz limanlarında yaratdığı humanitar blokadanı pozmaq üçün yaradıcı həllər axtarışındadır.
Bu axtarışlarda Rusiya ilə danışıqlar da seçim kimi Qərbin qarşısında dayanır, Putinin də niyyəti elə buna nail olmaqdır: ona görə həm dialoqu önə çıxarır, həm də hədələyir.
Putin NATO-ya barmaq silkələyərkən postsovet məkanını da nəzərə alır və qeyd edir ki, NATO keçmiş SSRİ respublikaları hesabına genişlənə bilməz.
Bu, SSRİ imperiyasının tərkibində olmuş dövlətlərə (Latviya, Litva, Estoniyanı çıxmaq şərti ilə) böyük bir təhdid mesajıdır. Yəni, sizin avrointeqrasiya planlarınızın məzmunu və ölçüsü mütləq Rusiyanın cızdığı xətlər üzrə gedə bilər.
PROQNOZLAR:
– Rusiya Ukraynada uğur qazandıqca özünün işğalçı rolundan aldığı həzzin dozası artacaq və Qərbi geri oturtmaq üçün qəddar gücdən də istifadə edəcək.
– NATO Rusiyanın aqressiyasını cilovlamaq fikrində olsa da, hazırkı mərhələdə etdikləri həlledici praktiki faydalar gətirmir.
– Buna görə də, NATO Rusiya ilə arasındakı pərdəni aralayaraq danışıqlar masasında həllər tapmağa çalışacaq.
– Əgər bunlar da nəticə verməsə, Rusiya silahlarını NATO-ya qarşı da çevirəcək – təbii ki, Qərb Ukraynanın arxasından geri çəkilməsə.