Hücum üçün əsgər çatışmır
Rusiyalı hərbçilərin Ukrayna cəbhəsinə getməkdən boyun qaçırması kütləviləşib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Rusiya Ukraynaya qarşı müharibədə ciddi şəxsi heyət çatışmazlığı ilə üzləşib və buna görə də qüvvələrini Donbas və işğal olunmuş Xerson arasında parçalamalı olur.
Britaniya kəşfiyyatının 19 iyul tarixli məlumatında deyilir ki, canlı qüvvə çatışmazlığı Rusiya qüvvələrinin Ukraynada irəliləyişinə mane olur: "Tam heyətlə müdaxilədən əvvəl bu birləşmələr 150 min nəfər təşkil edirdi. Son həftələrdə isə Rusiya qüvvələri ayrı-ayrı sektorlarda 100 nəfərlik rotalar şəklində hücum etməyə çalışır”.
Kəşfiyyat brifinqində bu da qeyd olunur ki, Rusiya var gücü ilə müdaxilənin əvvəllərində olduğu kimi effektli hücum qüdrətini saxlamağa can atır, amma indi bu, ən kəskin problemə çevrilib:
"Ciddi şəxsi heyət çatışmazlığından başqa Rusiyanın hərbi strateqləri dilemma ilə üzləşiblər: Ehtiyat qüvvələri Donbasa göndərmək, yoxsa cənub-qərbdəki Xerson istiqamətində Ukrayna qüvvələrinin əks-həmlələrindən müdafiə olunmaq?”.
Britaniya kəşfiyyatının məlumatında deyilir ki, Rusiya bütün Donbas vilayətinin zəbt olunmasını siyasi məqsəd elan edib, amma indiki vəziyyətdə uzun fasilə olmadan bunu həyata keçirmək çətin olacaq.
Bundan əvvəl xəbər verilirdi ki, Rusiya ön cəbhədəki mövqelərini möhkəmlətmək və canlı itkilərin yerini doldurmaq üçün “Wagner” özəl hərbi şirkətinin muzdlularından istifadə edir.
Bu arada Rusiyada ayrı-ayrı hərbi hissə və birləşmələrdəki əsgərlərin Ukrayna cəbhəsinə getməkdən boyun qaçırması geniş yayılmağa başlayıb.
Həm də bu proseslərə daha çox milli azlıqların yaşadığı regionlarda rast gəlindiyi deyilir.
Müşahidəçilər bildirirdilər ki, Rusiya Ukrayna cəbhəsinə çox sayda etnik azlıq nümayəndələrini göndərməyə çalışır.
***
Xəbər verilir ki, Xakasiyadan olan 9 Milli Qvardiya üzvü Ukraynaya getməkdən imtina etdiyinə görə xidmətdən qovulub.
Onlar Milli Qvardiyaya bərpa olunmaq üçün Xakasiya Respublikasının Ali Məhkəməsinə müraciət ediblər.
Bu da xəbər verilir ki, milli qvardiyaçıların məhkəmə prosesi “dövlət sirri” olduğuna görə qapalı keçirilir.
Xakasiya qvardiyaçılarının Ukrayna getməkdən imtina etməsi barədə xəbəri ilk yayan “Novıy fokus” saytının baş redaktoru Mixail Avanasyev hazırda Abakan şəhərindəki təcridxanada saxlanır.
O “Rusiya ordusu barədə saxta xəbərlər yaymaqda” ittiham olunur.
Başqa bir xəbərdə deyilir ki, Dağıstanın Buynaksk şəhərində dislokasiya olunan 136-cı motoatıcı briqadanın 300 hərbi qulluqçusu Ukraynaya müdaxilədən bir ay sonra döyüşməkdən imtina edərək bu ölkənin ərazisini tərk edib.
Onların bir qismi Buynaksk şəhərinə qayıdaraq müqavilələrinin ləğvi üçün müraciət edib.
Bu da deyilir ki, onlardan bəziləri qohumlarının təkidi və yerli hakimiyyətin təzyiqi ilə hospitalda müalicədən sonra Ukraynaya qayıdıblar.
***
İnsan haqları müdafiəçiləri deyirlər ki, onlardan bəzilərinə hərbi geyim və lazımi silah və avadanlıq verilməmişdi.
Bir neçə əsgər Dağıstana əl və ayaqlarını don vurduqdan sonra qayıdıb.
Buynakskda qayıdan əsgərləri fərari kimi qarşılayıblar.
Hazırda Ukrayna müharibəsindən özbaşına qayıdanların işi ilə prokurorluq məşğul olur.
Rusiyanın cənubundakı bəzi bölgələrdə də hərbçilərin müharibədə iştirakdan kütləvi boyun qaçırması qeydə alınıb.
Kabarda-Balkariya və Şimali Osetiyadan olan Milli Qvardiya üzvləri də müharibədə iştirakdan imtina etdiklərinə görə xidmətlərindən azad olunublar.
Onların da xidmətə bərpa olunmaq üçün məhkəməyə müraciət etdikləri deyilir.
Hazırda Kabarada-Balkariyada 140, Cənubi Osetiyada isə 40 belə məhkəmə işi var.
Kubandakı XTMD-nin Plastun əməliyyat qrupunun Ukraynaya getməkdən imtina edən 12 döyüşçüsü də xidmətdən qovulub.
Onlar bildiriblər ki, bağladıqları müqaviləyə əsasən hərbi xidməti Rusiya ərazisində keçməlidirlər.
Aprel ayında Gürcüstandan qopmuş separatçı Cənubi Osetiyadan olan 312 hərbçi Ukrayna müharibəsində iştirakdan imtina edib.