vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
DİGƏR NÖVLƏR  
20:46 | 5 oktyabr 2022 | Çərşənbə Məqaləyə 2644 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Verstappenin “Honda” xatirəsi

“Formula-1” pilotu atasının sınaqdan çıxardığı sükanın arxasına keçib

Rahim ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

1998-ci ildə “Honda” şirkəti “Formula-1”ə tam yeni komanda kimi qoşulmaq qərarı qəbul etmişdi. O zaman “Tyrrell” komandasının “BAR” şirkətinə satılmasından sonra işsiz qalmış əfsanəvi konstruktor Harvi Postletveyt “DALLARA” şirkəti ilə birlikdə yeni maşın üzərində işə başlayır.

1999-cu ildə Harvinin hazırladığı “Honda” RA099 şassisi “Xeres” testlərində hamını təəccübləndirir - yeni maşını İspaniyada sınamaq Yos Verstappenə həvalə olunmuşdu. Yos isə “Xeres”ə yaşyarımlıq oğlu Maksla birlikdə gəlmişdi.

Hazırda Harvi Postletveytin hazırladığı 4 şassidən biri qalıb – məhz 1999-cu ilin martında Yosun sürdüyü maşın Yaponiyanın Moteqi şəhərində “Honda”nın muzeyində saxlanılır. Bu gün Maks həmin muzeydə olub və 23 ildən sonra həmin maşının sükanı arxasına oturub.

P.S. Aprel ayında Harvi ürəktutmasından 55 yaşında dünyasını dəyişdi, bundan sonra “Honda” mövcud olan komandalardan birinə motor vermək barədə danışıqlara başladı. Davamı isə artıq başqa hekayədir...