Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
18:28 | 5 oktyabr 2022 | Çərşənbə
Məqaləyə 1684 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
... Yaxud Mütəllibovun son xidməti
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Paşinyan Karapetyanı məhkəməyə verir
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Dövlət başçısı bu barədə sərəncam imzaladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Siyasi, iqtisadi, inzibati üstünlüklər
Azərbaycan region ölkələri dövlət başçılarının məşvərət görüşlərinin tamhüquqlu üzvüdür
Avropa Siyasi Birliyinin Praqada keçiriləcək sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək. Şarl Mişelin vasitəçiliyi ilə görüşlərə alışmışıq, bir dəfə də beynəlxalq tədbir çərçivəsində Fransa prezidentinin iştirakı ilə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında qısa fikir mübadiləsi olmuşdu.
Bu görüş ərəfəsində həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri sülh sazişi üçün imkanların olduğuna işarə ediblər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa və Qarabağ məsələsinə qarışmayacağına dair öhdəlik götürərsə, danışıqlarda irəliləyiş ola bilər. Ancaq buna zəmanət yoxdur. Emmanuel Makronun üçlü danışıqlar formatını dördlü formata çevirməsi təşəbbüsü Avropa İttifaqı dövlətlərindən məhz Fransanın Cənubi Qafqazda liderliyə iddia olduğuna işarədir. Makron dəfələrlə balansı Ermənistanın xeyrinə pozub. Odur ki, Makronun görüşdə tərəfsiz olduğunu söyləmək çətindir. Yaxşı olardı ki, görüş beşli format çərçivəsində olardı – Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Türkiyə. Belə olan halda bərabərlik olardı.