“Perspektivlər ümidvericidir”
İspaniya Azərbaycanın enerji sektoru ilə maraqlanır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Elektrik xərclərini azaltmaq
Enerji istehsalı və satışına yeni yanaşma lazımdır
-
Əsası 20 il əvvəl qoyulan strateji
Yaxud dünyanın çağırışlarına uyğun siyasət
-
Bakıdan Avropaya yaşıl enerji
Azərbaycanın potensialı 27 000 MVt həcmində qiymətləndirilir
-
Elektrik enerjisi istehsalında irəliləyiş
Ötən illə müqayisədə 205 milyon kilovatdan çox artım var
-
Alternativ enerjiyə investisiyalar
Azərbaycan elektrik ixracından gəlirlərini artırmaq istəyir
-
Limitin ləğvi yenidən gündəmdə
Ölkədə elektrik enerjisinə tətbiq edilən qayda əsaslı deyil və tamamilə götürülə bilər…
-
400 faiz artım
Ötən il Azərbaycanın elektrik enerjisi ixracı açıqlandı
-
...Limitlər artırıldı
Tarif Şurası qaz və elektrik enerjisinə görə tətbiq etdiyi güzəştlərə...
-
Enerjinin qiyməti əl yandıracaq...
Qışda qazın, yayda elektrik enerjisinin...
-
Ədalətsizliyin differensiyası...
... və ya bir daha Tarif Şurasının qərarının fəsadları haqqında
-
Terapiyasız şok...
İslahatlar çox gec görünür
-
«Sayğaclara müdaxilə olmayacaq»
«Azəriqaz» tarif artımı ilə bağlı açıqlama verdi
-
Nə, nə qədər bahalaşıb?
Qiymətlərin qalxması nə ilə əsaslandırılır və hansı bazarlara təsirləri ola bilər?
-
Elektrik enerjisi və təbii qazın qiyməti qalxdı
Tarif Şurasının qərarı əhaliyə şamil olunmayacaq
-
İrandan Türkiyəyə zərbə
Elektrik enerjisinin nəqli dayandırıldı
-
“İspaniyanın bərpa olunan enerji mənbələri ilə məşğul olan şirkətləri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verə bilər”. Bu fikir İspaniya Xarici İşlər Nazirliyinə məxsusdur.
“Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış anlaşma memorandumu ölkələrimiz üçün gözəl əməkdaşlıq perspektivləri açır. Təkcə İspaniyanın “Enagas” şirkətinin Cənub Qaz Dəhlizinin seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) layihəsində iştirak etdiyinə görə yox, həm də ona görə ki, bu saziş Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutur”, – nazirlikdən bildiriblər.
Mənbənin sözlərinə görə, enerji sektoruna gəldikdə, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsində SOCAR-la tərəfdaşlığı sayəsində artıq Azərbaycanda özünü tanıtmış İspaniyanın “Tecnicas Reunidas” şirkəti üçün perspektivlər xüsusilə ümidvericidir.
Nazirlikdən onu da bildiriblər ki, Azərbaycan Dövlət Neft Fondu da enerji sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynaya bilər. (Trend.az)