
Göydələnlər elektrik stansiyasına dönəcək
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Avropanın LNG idxalı 2024-cü ildə üç ilin ən aşağı səviyyəsinə enəcək
Rusiya Avropa bazarından sıxışdıran ABŞ-a isə qiymətlərin yüksək olması lazımdır
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
Hazırda 400 milyon ton sıxılmış qaz istehlakı 20 ildə iki dəfə artacaq
Yaxud dünyanın çağırışlarına uyğun siyasət
Azərbaycanın potensialı 27 000 MVt həcmində qiymətləndirilir
ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
Ehtimal olunan yataqların ölkənin 50 illik təlabatını ödəyəcəyi deyilir
Neftdən fərqli olaraq nə qoxusu var, nə də rəngi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
Sabiq prezident: “Azərbaycanla əməkdaşlıq üçün vədedici gələcəyi var”
Böyük Britaniya Rusiyadan qaz idxalını dayandıracaq
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
Gömrük Komitəsi hesabat yaydı
Ucuz enerji təzyiqi bəzən öz bəhrəsini verir, amma ...
Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
SOCAR məsələyə aydınlıq gətirsə də, bəzi abonentlərdə yeni tariflərlə bağlı suallar yaranıb. Məsələn, abonentlərdən biri deyir:
«Mən tutaq ki, 3 ildir smart tipli qaz sayğacı işlədirəm. Hər dəfə də ildə 2000 kub qaz işlədirdim, amma sayğacda əlavə funksiya işə düşmürdü. İndi sayğaca kim komanda verəcək ki, 1500 kub tamam oldu, növbəti sərfiyyatı yeni tariflə hesablanacaq?».
Abonentlərin bu tip sualları ilə bağlı müraciət etdiyimiz «Azəriqaz» İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a bildirdi ki, 1500 kubdan artıq qaz istehlak edən abonentlərin sayğacına hər hansı müdaxilə olmayacaq:
«Hər bir abonentin saldosu var. Saldoda abonentin sərf etdiyi qazın həcmi, ödədiyi məbləğ və tarix öz əksini tapır. Smart tipli sayğaclarda 1500 kub 150 manatdır.
İstifadə edilən qazın həcmi 150 kubu keçdisə, növbəti sərf edilən qazın hər kubuna görə 20 qəpik hesablanacaq. Bu avtomatik olaraq hər bir abonentin saldosuna uyğun həyata keçiriləcək. Yəni sayğaclara hər hansı müdaxilədən söhbət getmir».