vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
18:53 | 12 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1593 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lavrovun qeydləri var?

Rusiya XİN rəhbəri erməni həmkarı ilə delimitasiyanı müzakirə edib

MÖVZU İLƏ ƏLAQƏLİ

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün artıq çox işlər görülüb”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla Astanada MDB XİN başçıları Şurasının iclası çərçivəsində görüşündə deyib.

Lavrovun sözlərinə görə, normallaşma üçün, o cümlədən nəqliyyat əlaqələrinin açılması məsələlərində artıq çox işlər görülüb. Sərhədlərin delimitasiyası ilə bağlı “qeydlər” var.

“Biz əlbəttə ki, bu gün Azərbaycanla danışıqlarınızda işlərin necə getdiyini müzakirə etmək istəyirik. Bilirəm ki, bu yaxınlarda Avropada təmaslar olub, media müxtəlif şayiələr və fərziyyələrlə doludur. Əlbəttə ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatı mümkün qədər tez yerinə yetirmək üçün bu gün başqa nə etmək olar, onları nəzərdən keçirmək vacib olardı”, – Lavrov deyib.

O qeyd edib ki, Rusiya Federasiyasının yaxın qonşuları və dostları arasında münasibətlərin tam şəkildə normallaşması ölkənin maraqlarına tam cavab verir: “Biz bu prosesə öz töhfəmizi verməyə hazırıq”. (Trend.az)