vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
11:21 | 17 oktyabr 2022 | Bazar ertəsi Məqaləyə 1275 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa qaz vurub anbar doldurur

Rusiyanın “enerji iynəsi”ndən qurtulmaq Qərbin strateji qərarıdır

ŞAHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

“Avropa donacaq”, “qışa tədarük görmək üçün Berlində ağacları kəsməyə başlayıblar” təbliğatının fonunda “Qazprom” şefi Miller etiraf edib ki, Avropa bu qışı normal keçirə biləcək.

Qənaət tədbirləri, havaların hələ ki isti keçməsi təbii qaza olan tələbatı azaldıb. 10 oktyabr tarixinə olan məlumata görə, Avropada anbarlar 88,58 faiz dolub. Ən böyük istehlakçı Almaniyada, eləcə də Belçika, Polşa və Portuqaliyada doluluq səviyyəsi 90 faizi aşıb. 

Hazırda Rusiya qazının Avropa bazarındakı payı 7 (yeddi) faizə qədər geriləyib. Halbuki Ukrayna müharibəsindən əvvəl 35 faizdən (bəzi ölkələr üçün 40 faizdən) yuxarı idi. 

Aleksey Miller ümid edir ki, 2023-2024 qış mövsümündə Avropanın Rusiya qazına indikindən daha çox ehtiyacı yaranacaq. Amma bu, özünütəsəlliyə oxşayır. Rusiyanın “enerji iynəsi”ndən qurtulmaq Qərbin strateji qərarıdır. Rusiya çox tez müddətdə Avropa qaz bazarından sıxışdırıldı (yaxud özü özünü strateji tədarükçü rolundan məhrum etdi), onun boşluğunu ABŞ və Norveç doldurmağa başlayıb. Hazırda Avropa bazarına daxil olan təbii qazın 80 faizi bu iki dövlətin payına düşür. Niderland hökuməti isə bildirib ki, kritik vəziyyət yaranarsa, zəlzələyə səbəb olduğu üçün qapatma tədbirlərinə başlanılan Qroningen yatağında hasilatı artıra bilər.

Rusiya öz qazı üçün alternativ bazarlar axtarışındadır və üzünü Asiyaya çevirib. Lakin tam şəkildə bu bazara yönəlmək üçün müvafiq infrastrukturun qurulmasına illər lazımdır. Sanksiyalar şəraitində Rusiyanın buna necə nail olacağı da sual doğurur, çünki texnologiyaları yoxdur, Türkiyədə “enerji habı” qurulması ideyası da bu baxımdan problemli məsələdir. Ona görə də indi Rusiyada daxili istehlakı artırmaq və regionları qazlaşdırmaq ideyası yaxın perspektiv üçün daha cəlbedici və optimal çıxış yolu kimi görünür.  

Ukrayna müharibəsi dünyanı dəyişdirir və dəyişdirməyə davam edəcək.