

Rusiya Ukrayna burulğanından çıxsa növbəti düzərgahı Cənubi Qafqaz olacaq
“Eurofighter Typhoon” döyüş təyyarəsinin əsas məqamlarını təqdim edirik
Türkiyə seriallarının dil öyrənməyə təsiri və Azərbaycanın bu prosesdə yeri
Avropa-ABŞ qarşıdurması Türkiyəyə xeyir verə bilər
Baş nazir, nazir və prezidentin 3 ildə ar-arda Moskvaya səfəri çevrilişlə bitdi
Ankara üçün yaxın perspektivdə əhəmiyyətli gedişatlar olduğu kimi, risklər də var
Ər-arvad Ünlülər Yad ölkədə 12 saat fərqlə dünyalarını dəyişiblər
Pərişan Avropanın nəzərləri Türkiyənin sipərinə çevrilib
Barışığa təzə inanıb özlərini cilovlamışdılar, yeni üsyan çıxdı
... Azərbaycan və Türkiyənin ortaq taleyinin simvolu
AB Türkiyə də daxil olmaqla 5 NATO ölkəsi ilə əməkdaşlığı artırmaq istəyir
“Le Monde”: “Putinlə münasibətinə baxmayaraq, Rusiyanı Suriyadan çıxardı”
Putin Trampa nə vaxt yox deyəcək?
“Heç kim Putinə qarşı Ərdoğan kimi oynaya bilmədi”
Gözəlliyi və zəkası ilə dövrünün məşhur xanımı – Sultan Ağa xanım
Rusiya Suriyada hərbi və iqtisadi təsirini artırmağa çalışır
Vaxt.az Türkiyə mediasına əsasən xəbər verir ki, Xarici İşlər Nazirliyində keçirilən gizli toplantının audio yazısının internetə sızdırılmasından sonra ölkədə sular durulmur.
Ölkənin siyasi elitasında daşları yerindən oynadan hadisəylə bağlı hakim Ədalət və İnkişaf partiyası hökumətinin sosial şəbəkələrlə bağlı qadağalarına biri də əlavə olundu. Budəfəki yasaq isə medianı vurdu. Qadağaya gğrə həmin olayla bağlı açılan istintaq işi tamamlanmayana qədər ölkənin bütün media orqanlarında (yazılı, vizual, internet və s.) hər cür xəbər, reportaj və tənqidlərin nəşr və ya nümayiş etdirilməyəcək.
Bu barədə dövlət tərəfindən mediaya nəzarət edən Radio və Televiziya Üst Qurumundan (RTÜK) verilən açıqlamada bildirilib. Belə ki, gizli toplantının «qeyri-qanuni» yollarla dinlənməsi və məlumatın internetə sızdırılması bağlı Xarici İşlər Nazirliyinin iddiası əsasında Gölbaşı Respublika Baş Prokurorluğunda cinayət işi açılıb. Cinayət işi ilə bağlı martın 28-də 2014/366 nömrəli qərarıyla «milli təhlükəsizliyin, cəmiyyət nizamı və cəmiyyət təhlükəsizliyinin qorunması, dövlət sirlərinin açılmasının önlənməsi» məqsədiylə istintaq tamamlanana qədər, istintaq məlumatları haqqında, yazılı, vizual və internet mediasında hər cür xəbər, reportaj, tənqid və s. nəşr və nümayiş edilməsinin Türkiyə Cinayət Məcəlləsinin 5187 saylı qanunun 3/2 maddəsinə əsasən qadağan edilməsinə qərar verilib.