vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
16:06 | 26 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1582 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nüvə silahı sınaqları

Hərbi təlimlərə Putin rəhbərlik edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Silahlı Qüvvələri nüvə silahlarının təlimini keçirir. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Rusiya KİV-in yaydığı məlumata görə, quru, dəniz və hava strateji çəkindirmə qüvvələrinin təlimi Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında keçirilir.

Təlimə qanadlı raketləri buraxan uzaqmənzilli "Tu-95MS" təyyarələri də cəlb olunub.

Hərbi komandanlıq və idarəetmə orqanlarının hazırlığı, rəhbər və əməliyyat heyətinin qoşunların idarə olunmasının təşkili üzrə bacarıqları yoxlanılıb. Məlumata görə, Plesetskdən "Yars", Barents dənizindən "Sineva" ballistik raketi, Kamçatkadakı "Kür" polqonundan qitələrarası ballistik raket buraxılıb.

Xatırladaq ki, S.Şoyqu və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bundan əvvəl ölkələrinin özünümüdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə etmək ehtimalını açıqlayıblar. (Report.az)