vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
MƏHKƏMƏ, İSTİNTAQ  
10:04 | 11 noyabr 2022 | Cümə Məqaləyə 1362 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəşad Dağlı işində mafiya barmağı?

Öldürülən narkotik alverçisi və meyxanaçının şəbəkəni hədəfə alması şübhələrə əsas verir

İlqar ALTAY

MÖVZU İLƏ ƏLAQƏLİ

Mən ümumiyyətlə meyxana “janrının” və onun təbliğatının, cəmiyyətə zərərli bir təzahür kimi, kəskin əleyhinəyəm. Amma bununla belə indi, ölüm cinayəti əməli ilə qanunla və haqlı həbs edilmiş meyxanaçı Rəşad Dağlının açıq deyim ki, kəskin əleyhinə deyiləm və olmamışam da.

Ən azı ona görə ki, bu şəxsi digər bütün digər meyxanaçılardan daha mədəni, intellekt, əxlaq səviyyəli görmüşəm. Və eynən indiki meyxana mühitinin daha da dərin düşüklük bataqlığına girməməsində onun az-çox, rolunun olmasını bilmişəm. Və həm ən azı ona görə ki, bu insan meyxana mühitində narkomaniyanın, narkotik ticarətçilərinin nə dərəcədə hegemon mövqe tutduqlarını bilərək, yenə də bu zəhərə və onu yayanlara, ondan qazananlara qarşı cəsarət və riskli fədakarlıqla mövqe qoyub. Demək ki, özü xeyli meyxanaçılardan fərqli, narkotik aludəçisi olmayıb. Bu da onu göstərir ki, bu insan həmin mühitə uyğunsuz mahiyyət və təbiətə aid olub, buraya həyatın qeyri-xoş təsadüfündən düşüb və düşməsəydi bəlkə də bu bacarıqla, istedad, qabiliyyətlə başqa, müvafiq sahələrdə, uğurlar da əldə edərdi. Bu, ağır faciəli yekunun əksinə.  

Ona görə də, Rəşad Dağlının törətdiyi bu ölüm hadisəsinin kriminoloji dərinliyinə varmadan və bunu bilmədən onu belə kəskin günahlandırıb, qınamaq, meyxana əleyhdarlarının, həm, eynilə də bir sıra “ittiham həvəskarlarının” ona təhqirli  və təhdidli yanaşmasını doğru hesab etmirəm.

Aydın olmalıdır ki, Rəşadın törətdiyi bu ölümün motivi nədir, ömründə toyuq başı kəsməyən bir şəxs bu ifrat addıma niyə getsin? Və bu hadisə nədən başlayıb və öncə, kim-kimə zəng vurub görüşə çağırıb, o zəngdən hansı həyati təhlükə hiss olunub ki, özü ilə silah-bıçaq gəzdirməyən toy-şənlik adamı, həmin görüşə bıçaqla gəlib?!  Və bıçaq mətbəx ya xüsusi soyuq silahmı olub? 

Həmin faciəli görüşdə ilk söz atıb, təhqir-söyüş edən kim olub, mübahisəni kim başlayıb, söyüş və qarşılıqlı dava-tutaşma olubmu? Və bu ölən şəxsin Rəşada qarşı nə iddiası, ya qərəz, qisası olub, nə istəyirmiş, narko-əmələ görə həbsdə yatan şəxs, narkoticarətin əleyhinə ictimai sərt  çıxış edən tanınmış meyxanaçıdan? R. Dağlı ilə mübahisə bu zəmində tənbeh məqsədlimi idi? 

Hadisənin bütün bu, kriminalistik məqamlarını istintaq obyektiv, qanuni şəkildə araşdırmalıdlr, düzgün prosessual qaydada. Və hadisə Rəşad Dağlıya qarşı əsas da onun son, narkoticarətə, narkomafiyaya qarşı ağır, kəskin çıxışı ilə bağlı qisas, onu təhdid, tənbeh zəminində olmuşsa, bu, başqa məsələ. O zaman həbs edilən şəxsə yönəlik, qanunda təsbit edilmiş yüngülləşdirici hallar tətbiq edilməlidir, təbii ki. Əksinə, əgər ki, Rəşad sırf özü günahkardırsa, öz cəzasını alsın.

P. S. Bu məsələni, aparılan istintaqın gedişatını və obyektivliyini izləyib, diqqətdə saxlayacam... Məni bu məsələdə maraqlandıran əsas məsələ, bu hadisənin Rəşadın narkoşəbəkəni sancması və “narkomafiya” əli ilə bağlı olub-olmamasıdır. Burada aydınlaşmalıdır, narkoşəbəkə məsələsi.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)