vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
18:55 | 1 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1994 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vecimizə deyil ...»

Jirinovski yenə öz ampluasında

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski yenidən Qarabağın Rusiyaya birləşdirilməsi planından danışıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Jirinovski Dövlət Dumasında jurnalistlərə verdiyi açıqlamada ABŞ və Qərbin Rusiyanı sanksiyalarla hədələməsinin mənasız olduğunu, bu sanksiyaların əslində onların özlərinə zərbə vuracağını deyib.

«Sanksiyalar bizim yalnız xeyrimizədir. Çünki öz ödəmə sistemimizi yaradacağıq, sənayemizə daha çox diqqət ayıracağıq. Ona görə də mümkün sanksiyaların heç bir minusu yoxdur. Sanksiyalar onları daha tez vuracaq. Onların yerini başqa təchizatçılar, satıcılar tutacaq, biz də öz mallarımıza başqa yerdə alıcı tapacağıq. Yəni ABŞ və Avropa İttifaqı sanksiyalar tətbiq etsə, bundan yalnız uduzacaq» - deyə Jirinovski bildirib.

LDPR lideri onu da deyib ki, muxtar respublikaların vaxtilə SSRİ-inin tərkibində qalmaq hüququ var idi: «Biz xalqın səs verib yeni dövlət yaratdığı və ya Rusiyaya birləşmək istədiyi istənilən ərazini tanıyacağıq. Qarabağ Rusiyaya birləşmək istəsə, qəbul edəcəyik. Dnestryanı bölgəni də qəbul edəcəyik. Onların ittifaq respublikalarının tərkibində yerləşməsi qanunsuz idi. Çünki SSRİ-dən çıxmaq haqda qanuna görə, SSRİ-dən çıxmaq istəyən respublikaların tərkibinə daxil olan muxtar respublikalar ittifaqın tərkibində qalmaq hüququna malik idi».

Xatırladaq ki, Rusiyanın Krımı ələ keçirməsindən sonra Jirinovski artıq ikinci dəfədir Qarabağın Rusiyaya birləşdiriləcəyini deyir. Əvvəlcə o, Rusiya radiosunda çıxışında bildirdi ki, Azərbaycanla Ermənistan onsuz da öz aralarında razılığa gələ bilməyəcəklər. Ona görə də ən yaxşısı Qarabağı Rusiyaya birləşdirməkdir.

Yada salaq ki, Qarabağın Gülüstan sülh müqaviləsinə əsaslanıb Rusiyaya birləşdirilməsi çağırışı ilə ilk dəfə ötən ilin payızında erməni separatizminin baş ideoloqu olan bədnam yazıçı Zori Balayan prezident Vladimir Putinə yazdığı açıq məktubda çıxış etmişdi.

Krımın Rusiyaya birləşdirilməsindən sonra bu ideya yenidən gündəmə gətirilib və Ermənistanda ciddi narahatlığa səbəb olub.