vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
18:42 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 2088 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uğura bağlanan «Qarabağ»

Ağdamlılar dünyanın bütün klublarını qabaqlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya ölkələrinin milli çempionatlarında davam edən seriyaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, müxtəlif göstəricilərin hər birində 10 ən uzun seriya müəyyənləşdirilib.

Fərqlənənlər arasında Azərbaycan klublarına məxsus göstəricilər də var. Davam edən iki seriyada isə dünya birincisi bizim klubdur.

2,5-dən artıq qol vurmaqda planetin 1 nömrəsi «Qarabağ»dır. Ardıcıl 5 oyunda 3 və daha çox qol vuran Ağdam təmsilçisi hazırda hamını qabaqlayır.

Rusiyanın aşağı dəstə klubu «Arsenal» (Tula) son 4 matçda belə məhsuldar olub. 8 komanda isə 3 oyunluq seriyası ilə diqqət çəkir. Bunlar «Everton» (İngiltərə), HİK (Finlandiya), «Leççe» (İtaliya), AEL (Kipr), «Qrasshopers» (İsveçrə), «Hoffenhaym» (Almaniya), «Düdelanj» (Lüksemburq), «Felnir» (İslandiya) klublarıdır.

Ardıcıl 36 səfər oyununda qələbəyə həsrət qalan aşağı dəstə təmsilçisi «Energetik» isə neçə vaxtdır «yüksəldiyi zirvəni» əldən vermir. Ukrayna «Metallurq»u (Zaporojye) 27, Polşa «Vidzev»i 26, Xorvatiya «Osiyek»i isə 25 oyundur səfərdə qalib gəlmir.