vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ANALİZ  
23:55 | 4 aprel 2014 | Cümə Məqaləyə 2480 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğan niyə belə etdi?

Konstitusiya Məhkəməsi, «Twitter» və hüquqa hörmət prinsipi

Fərhad MEHDİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Türkiyə Baş Naziri Erdoğan, riyakarlıqdan və təqqiyədən uzaq, Avropa İttifaqına Türkiyənin namizədliyi baxımından olduqca vacib sözlər deyib: «Konstitusiya Məhkəməsinin qərarına hörmət bəsləmirəm. «Twitter» məsələsi də ticari bir işdir, bunun söz azadlığı ilə əlaqəsi yoxdur». Əslində hər siyasətçi, 21-ci əsrdə bu sözü demə cəsarətini özündə görməz. Bəlkə də haqlıdır?!

Məhkəmə nəzarəti, bir cəmiyyətdə gedən proseslərin hüquqiliyini yoxlayan mexanizmdir; hüququn aliliyi və mühafizəsi onunla həyata keçirilir. Məhkəmə, hüququn nə olduğunun ən son deyildiyi yerdir. Məhkəmələrin də səhv etmə ehtimalı nəzərə alındığına görə, onlar arasında da bir dərəcələnmə olur; ölkəyə görə ən yuxarı məhkəmə, ya Ali Məhkəmə, ya da Konstitusiya Məhkəməsi olur.

Qanunvericiliyin tanıdığı hüquqlar müxtəlifdir, bunların ən alisi də insan hüquqlarıdır. İnsan hüquqları, şəxsin öz azadlığının həyata keçirməsinin vasitələridir. İnsan hüquqları ən yüksək qoruma dərəcəsinə sahib olur, siyasi iqtidarlar da buna hörmət bəsləmələridir. İnsan hüquqları bu qədər vacib olduğuna görə, bunların qorunması Avropa ölkələrində Konstitusiya Məhkəmələrində olur.

Terry Davisi azərbaycanlılar unutmayıb, onun bir sözü çox xoşuma gəlir. Ağsaqqal AŞ Baş Katibi Davis demişdi ki, «İnsan hüquqları arasında iyerarxiya yoxdur; amma olsaydı, bu iyerarxiyanın ən üstündə söz azadlığı olardı». Yəni deyir ki, ««Twitter» mwitteri» və bənzər şeyləri digər azadlıqlardan üstün sayardım. Amma Terry Davis kimdir ki? Pis kafir, əxlaqsız avropalı. O nə bilər ki, «milli əxlaq» nədir? Axı bu ««Twitter» mwitteri» insanın özəlinə girir, özəlinə!

Əslində Konstitusiya Məhkəməsi, həmişə uğurlu qərarlar vermir. Mənim 40 yaşım var, hüquq elmini 22 ildir öyrənirəm, nadir hallarda da Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını da çox uyğun, ya da yerinə düşən görmürəm. Amma mən, alimlik dərəcəsində sahib olduğum hüquq təhsilim ilə AİHM hakimlərinin qərarları haqqında «yersiz» deyə bilsəm də, o insanların ağlına və yaşına əlbəttə ki hörmət göstərirəm. Başqa bir sözlə, Konstitusiya Məhkəməsinin qərarını bəyənməsəniz belə, onun haqqında «hörmət göstərmirəm» sözünü işlətmək, çox da düzgün bir ifadə tərzi deyildir, nə hüquqidir, nə də ki siyasi. Ürəyinizdən keçsə belə, deməyin, məhəllənizdə bu cür ifadələr moda olsa belə.

Gələk «Twitter»in söz azadlğına dair məsələ olub-olmadığına. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində və İCCPR 19-cu maddəsində tənzimlənmiş bu hüquq, milli sərhədlərə bağlı olmadan, istənilən növ məlumatı, istənilən vasitə (TV, Radio, qazet, internet, faks vs) ilə və formada (yazılı, sözlü, simvolla, pantomima, karikatura, heykəllə, jestlə) qəbul etmə və yaymanı ifadə edir. Bu səbəblə, yer kürəmizdə az sayda insan, «mwitterin» söz azadlığına dair bir platform olmadığını iddia edə bilər. Bəs, Başbakan niyə belə «yaptı»? Bəlkə də o hesab edir ki, Başbakanlıq və parlamentdə çoxluğa sahib olan partiyanın sədri olmaq, qanun çıxarma səlahiyyəti verdiyi kimi, elmi əsasları və hüquqi yanaşmaları da yaratma imkanı tanıyır. Müasir hüquq sistemini və institutları, şərqdə və islam mədəniyyəti tərəfindən yaradılmayıb. Necə ki motorlu nəqliyyat vasitələrinin işlək qaydaları kimi. Patriotik yanaşıb, bunları inkar edib özünüzə xas «milli» institutlar yarada bilərsiniz, amma 3 təkərli avtomobil yüksək sürət ala bilməyəcəyi kimi, belə bir hüquq sistemi nə ədalət, nə inkişaf, nə də ki xoşbəxtlik gətirə bilməz. Sirr deyil ki, miqrasiya edən insanlar, yaşamaq üçün Qərb mədəniyyəti olan ölkələri seçir, «milli» olanları deyil.

Yeni təkər icad edə bilərikmi? Əslində bu sualın cavabının «yox» olduğunu hamı bilir, amma məqsəd qütbləşmə, nifrət toxumu üzərində ictimai hərəkətlənmə yaradıb, o dalğanın dağıdıcı enerjisi ilə zorba xilafət qurma olanda, müxtəlif çaplı qış şinlərin ortaya çıxması mümkündür. (aktual.az)