vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
14:04 | 19 avqust 2024 | Bazar ertəsi Məqaləyə 145 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fırtına tur gəmisini batırıb

7 nəfər itkin düşüb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliya mətbuatında yer alan xəbərdə, son günlər ölkəni təsir edən yağış və fırtınalı hava şəraitinin Palermo şəhərinin 20 kilometr şərqindəki Porticello sahillərində yerli vaxtla saat 05:00 radələrində bir gəminin batmasına səbəb olduğu bildirilib.

Sahil Mühafizəsi və yanğınsöndürmə qruplarının batan gəmidə həyata keçirdiyi əməliyyat nəticəsində 15 nəfərin xilas edildiyi, lakin 7 nəfərin itkin düşdüyü bildirilib.

Qayığın 49 metr dərinliyə batdığı və itkin düşənlərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. İtkin düşənlərin axtarışına helikopterin də dəstək verdiyi qeyd edilib.

Britaniya bayrağı altında üzən gəmidə olanların İngiltərə, Yeni Zelandiya, Şri Lanka, Fransa, İrlandiya, ABŞ və Kanada vətəndaşları olduğu öyrənilib.