
Ölümündən 4 il sonra qatili ilə “danışdı”
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
Süni intellekt şirkəti bazarda artan rəqabətə qarşı rıçaq əldə etdi
“Fərdiləşdirmə dövrü” başlayan kimi insan-robot əlaqələr daha da güclənəcək
“Deepfake” videolarını aşkar etmək getdikcə çətinləşir
Süni intellekt həkimə olur – imtahandan keçdi
“ChatGPT”nin qəhvə falı 12 illik evliliyi dağıtdı
Süni intellekt, yoxsa bugünkü dünya təhsil sistemi?
Avropa məktəblərində Süni intellektdən asılılıq artır
Çində ilk qaçış marafonu keçirilib
İnternet trafikinin yarıdan çoxu botlar tərəfindən ələ keçirilir
“Google” və “OpenAI” məməlilərlə danışmaq üçün süni intellekt modelini hazırlayır
İştirakçıların 73 faizi “Turning” testində insanla robotu ayırd edə bilməyib
Süni intellekt nəhəngi yeni sosial platforma yaradır
Süni intellekt iki ən populyar peşəni ortadan qaldıracaq
Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib
Sam Altman: ““OpenAI”nin tutumla bağlı problemləri məhsulun gecikməsinə səbəb olacaq”
Süni intellekt sahəsində çalışan Çin şirkətləri ABŞ-ın proqram təminatı şirkəti “Nvidia”nın qadağan olunmuş çiplərinə gizli şəkildə daxil olurlar. “Wall Street Journal” (WSJ) qəzeti öz hesabatında yazır ki, Çin mühəndisləri Nvidia çiplərini fiziki olaraq Çinə gətirmədən “boz bazar” satıcıları şəbəkəsi vasitəsilə istifadə edə bilirlər.
“Boz bazar” termini ilkin istehsalçı və ya ticarət nişanının sahibi tərəfindən icazə verilməyən paylama kanalları vasitəsilə əmtəənin satışını təsvir etmək üçün istifadə olunur.
Xəbərdə bu taktikaya Vaşinqton administrasiyasının oktyabr ayında Çinə süni intellekt çiplərinin ixracına bəzi məhdudiyyətlər qoymasından sonra gəldiyinə diqqət çəkir.
Çin şirkətləri adətən vasitəçi şirkətlər vasitəsilə kriptovalyuta ilə ödəniş etməklə bulud sistemlərində “Nvidia” çiplərinə daxil ola bilərlər.
Çin şirkətlərinə ABŞ-ın qoyduğu maneələri dəf etməyə imkan verən sahibkarlardan biri də keçmiş “Bitcoin” ticarətçisi “Derek Aw”dır.
Dubay və ABŞ-dakı investorları “Nvidia”nın güclü H100 çipləri ilə təchiz edilmiş süni intellekt serverlərinin alınması üçün maliyyə təmin etməyə inandıran “Aw” deyir: “Tələb və mənfəət var. Təbii ki, kimsə təchizatı təmin edəcək”.
İyun ayında “Aw” firması Avstraliyanın Brisben şəhərindəki məlumat mərkəzində “Nvidia” çipləri olan ən azı 300 server quraşdırıb. Üç həftə sonra serverlər Pekindəki bir şirkət üçün süni intellekt alqoritmlərini emal etməyə başlayıblar.
Çin şirkətlərindən tələblərin artdığını ifadə edən “Aw”, “Keçən ilin sonundan etibarən platformamızda Çinli müştərilərin sayında əhəmiyyətli artım var. Məndən tez-tez soruşurlar ki, bizdə “Nvidia” çipləri varmı?”, – deyib.
Kriptovalyuta ilə edilən ödənişlər Çin şirkətlərinə anonim qalmaq imkanı verir. Bundan əlavə, bəzi ödənişlər Çin şirkətlərinin Sinqapurdakı və ya digər ölkələrdəki törəmə şirkətləri vasitəsilə həyata keçirilir.
Bir vaxtlar Şanxayda Çin süni intellekt şirkətində işləyən Cozef Tse blokçeyn texnologiyasının mənfi tərəflərinin də ola biləcəyinə diqqət çəkir və bunları deyir: “Blockchain” istifadəçinin məxfiliyini qoruyur, lakin bu dəfə bir şey səhv olarsa, hər kəsi məsuliyyətə cəlb etmək çətinləşir.
ABŞ sanksiyalarını araşdıran hüquq ekspertləri bu prosesdə heç bir qanunun pozulmadığını deyirlər. Bulud şirkətləri Çin şirkətlərinin və ya onların xarici törəmə şirkətlərinin “Nvidia” çiplərindən istifadə edir. Amerikada bulud xidmətlərinə girişə heç bir məhdudiyyət olmadığı iddia edilir.