
“Buddaya ehtiyac qalmadı”
Mask DOGE-dən ayrılma planını izah etdi
Mask DOGE-dən ayrılma planını izah etdi
“Tesla” ilə bağlı dünyanı şoka salan iddia
Tramp komandası hakimiyyəti geri alır
Milyarderin DOGE-dəki səlahiyyət müddəti mayın 30-da başa çatır
“Optimus” istehsalına əngəl yaradan Çin qarantiya istəyir
“Tesla” inverstorları şirkət direktorunun fəaliyyətindən narazıdır
Maska “Tesla” xəbərdarlığı
Avtomobil istifadəçiləri kütləvi iddia qaldırmağa hazırlaşırlar
DOGE 500 milyard dollarlıq qrant paylayan sayta nəzarəti ələ keçirdi
İngiltərədə bir qrup “Tesla”nı gürzlə darmadağın etdi
DOGE lideri ABŞ prezidentinin baş məsləhətçisini “axmaq” adlandırıb
Mask artıq məmur kimi yox, biznesmen kimi düşünür
“Tesla” səhmləri ciddi enişlə üzləşir
Tramp: “Onun dövlət qulluğunda 130 günlük məhdudiyyət var idi”
İtaliyada “Tesla” dilerində 17 avtomobil yanıb
Yer üzündə düşmən olanların Mars üçün bazarlığı
İlon Mask prezident Donald Trampın istədiyini edə bilər, onilliklər ərzində mövcud olan dövlət qurumlarını sıradan çıxarır və işçi qüvvəsini ciddi şəkildə ixtisar edir, lakin o, hələ də amerikalılar arasında “Meta”nın baş direktoru və “Facebook”un həmtəsisçisi Mark Zukerberqdən daha populyardır.
İctimaiyyət arasında mənfi reytinq qazanan Zakerberq 2021, 2022 və 2022-cü illərdə keçirilən sorğularda, bəyənmə reytinqlərində və ictimai etimadda Maskdan xeyli geri qalıb.
“Pew” Araşdırma Mərkəzinə görə Mask və Hökumətin Səmərəliliyi Departamentinin federal bürokratiyada yaratdığı xaosa baxmayaraq, Mask hələ də Zakerberqdən 17 faiz daha çox ictimaiyyət tərəfindən dəstəklənib.
Amerikalıların təxminən 42 faizi milyarderə çevrilmiş “xüsusi dövlət işçisi” Maska müsbət baxsa da, yalnız 25 faizi Zakerberq haqqında eyni fikirdə olduqlarını bildirib.
Camaatın Maska üstünlük verməsi son 4 ildə sabit qalıb.
“Vox” və “Data for Progress” tərəfindən 2021-ci ildə keçirilən sorğuda amerikalıların 31 faizinin Zakerberq haqqında bir qədər və ya çox müsbət, 50 faizinin isə Mask haqqında eyni fikirdə olduğunu müəyyən etmişdi.
O zaman Zakerberq hələ ABŞ Konqresində “Facebook”un dezinformasiyanın yayılmasında və fərdi məxfiliyin qorunmasındakı rolu ilə bağlı ifadə verməli idi.
Bir ildən çox müddət sonra, 2022-ci ildə “NBC News”un sorğusu göstərdi ki, ictimaiyyətin yalnız 8 faizi Zakerberq haqqında müsbət fikirdədir, Mask haqqında müsbət fikirdə olan ictimaiyyətin faizi 31 idi.
Sorğu Mask “Twitter”i aldıqdan sonra, lakin sayt adını “X” olaraq dəyişdirmədən və Prezident Donald Tramp, Endryu Teyt və Cordan Peterson kimi mübahisəli şəxslərin hesablarını geri qaytarmadan əvvəl keçirilib.
“YouGov” və “Business Insider” tərəfindən 2023-cü ildə keçirilən “Z” nəsli sorğusunda respondentlərin 23 faizi Zacerberqi, 34 faizi isə Maskı “bir qədər etibarlı” hesab etdiklərini bildirib.
“Pew Research” sorğusuna qatılan respondentlərin əksəriyyəti hər iki milyarder haqqında mənfi fikirlərə sahib idi, lakin insanların nə qədər güclü hiss etdiyinə gəldikdə, Mask daha qüdrətli bir fiqur hesab edib.
Respondentlərin təxminən 36 faizi Mask haqqında “çox” mənfi fikirdə olduqlarını, 18 faizi isə “əsasən” mənfi fikirdə olduqlarını bildirib.
Digər tərəfdən, amerikalıların yalnız 26 faizi Zakerberqə “çox” mənfi baxır, 41 faizi isə ona qarşı “əsasən” mənfi hisslər keçirib.