
Çin qırıcısı “Rafale”nin bazarını öldürdü
“J-10C” qırıcılarının ilə qurbanı Fransa təyyarəsi olub
“J-10C” qırıcılarının ilə qurbanı Fransa təyyarəsi olub
Hindistan-Pakistan gərginliyində hansı ssenarilər ola bilər?
Hindistanın hərbi əməliyyata qoyduğu “Sindoor” nə deməkdir?
Pakistan-Hindistan savaşında kölgə oyunçular
Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
Pakistan nüvə müharibəsi barədə xəbərdarlıq edir
Çin-Pakistan bloku getdikcə daha strateji mövqeyə gəlir
... Yaxud “Narahat olduq”dan o yana keçməyən bəyanatlar
Hindistan-Pakistan münaqişəsi və nüvə təhlükəsi
Hindistan 300 illik əsarətin təsirindən çıxmayıb
Hindistan-Pakistan toqquşmalarının üzə çıxardığı “qara nöqtələr”
Hindistan Pakistan müharibəsini 6 il əvvəl sətir-sətir yazmışdılar
İslamabad hücumu qorxaq adlandırdı və düşmənin 5 təyyarəsini yerə saldı
Hindistan və Pakistan arasında son illərin ən böyük hərbi eskalasiyası
Hava məkanının bağlanması aviaşirkətə ciddi maliyyə itkisinə başa gələcək
Tramp üçüncü problemin həllinə vaxt ayırmaq istəmir
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Baş naziri ilə təkbətək görüşü başlayıb.
Pakistan Azərbaycanın haqq işinə yaxından dəstək olan ölkələrdəndir. Dövlətlər arasındakı strateji müttəfiqlik son illər daha da dərinləşib. 2024-cü ildə Azərbaycanla Pakistan arasındakı ticarət dövriyyəsi 22 milyon 048 min dollar olub. Dövriyyə əvvəlki il ilə müqayisədə cüzi dəyişsə də 2021-ci ilin 11 milyon 732 min dollarlıq dövriyyəsi ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.
Ölkələr arasındakı dostluq və qardaşlıq münasibətləri iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Digər tərəfdən, strateji müttəfiqlik ölkələr arasında iqtisad əlaqələrin də genişlənməsinə xidmət edir. İki ölkə arasında iqtisadi sahədə daha geniş potensial mövcuddur. Qarşılıqlı rəsmi səfərlər bu əlaqələrin daha dərinləşməsinə xidmət edir.
Ölkələr arasında turizm sahəsində də geniş əməkdaşlıq qurulmaqdadır. 2024-cü ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı 46.7 faiz artaraq 81 min 427 olub.
Pakistan eyni zamanda işğaldan azad olunan ərazilərimizin bərpası, iqtisadiyyatının formalaşması və re-inteqrasiyasında daha yaxından iştirak etmək istəyən ölkələrdəndir. Qarabağa daha çox Pakistan sərmayəsinin cəlb ediləcəyi gözlənilir. Azərbaycan da Pakistana daha çox investisiya yönəltməyi hədəfləyir.
Bütövlükdə, iki ölkə arasındakı geniş potensial daha yaxından reallaşmaqdadır. Tərəflər fərqli sahələrdə yeni əməkdaşlıq imkanlarından faydalanacaqlar.