Hepatitin müalicəsində şok
12 həftəlik yeni qaydalara riayət edənlərin 90 faizi sağalır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiyada meymunçiçəyinə ilk yoluxma
İndiyədək xəstəliyin endemik olmadığı ölkələrdə ondan ölüm halı qeydə alınmayıb
-
Britaniyada 104 nəfərdə meymunçiçəyi aşkarlanıb
Əksəriyyəti mavilər və biseksuallardır
-
Planlaşdırılmış epidemiya?!
Meymunçiçəyi virusu yeni qapanmalara səbəb olacaqmı?
-
ABŞ vaksin hazırlayır
Yayda meymunçiçəyi infeksiyanın yayılması sürətlənə bilər
-
DST yoluxucunu təhlükəli saymır?
Meymunçiçəyinə qarşı kütləvi peyvəndləməyə ehtiyac görülmür
-
Meymunçiçəyi çoxmu təhlükəlidir
Öldürücülük səviyyəsi 1 faiz olan virus COVİD-19 kimi asanlıqla keçmir
-
Erkən əlilliyə səbəb olan xəstəlik
Hemofiliya riskini azaltmaq üçün nə etməli?
-
1 milyard insanı gözləyən risk
Yüksək səsli musiqi eşitmə qabiliyyətinə ciddi təhlükədir
-
“Qəti istifadə etməyin!”
ÜST-dən trans yağı xəbərdarlığı
-
Hər il 7 milyon insanı öldürür
Ekoloji fəlakətin fəsadları çox ağırdır
-
Ətin qiyməti niyə bahalaşır?
«Heyvandarlıq sahəsində vəziyyətin ürəkaçan deyil»
-
Bir qitəni məhvə aparan vərdiş
Azərbaycanda durum necədir?
-
«85 min qan donoru aşağı göstəricidir»
Azərbaycan hansı ölkəyə qan verib, qan ala bilər...
-
«Dünyada hər il 1.2 milyon yeniyetmə ölür»
ÜST-ün hesabatı: «Ölüm hallarının üçdə ikisi Səhraaltı Afrika və cənub-şərqi Afrikanın payına düşür»
-
Əfqan kişilərin xəyalı
Ən tənbəl, təhsilə çox pul xərcləyən, ən alkoqolik...
-
Deputat hiddətləndi
«Əhaliyə at-eşşək əti yedizdirən oğru «işbazlara» cinayət işi açılmalıdır!»
Ümumdünya Səhiyyə Təşkilatı Hepatit C xəstəliyi üçün ilk dəfə olaraq müalicə qaydaları tətbiq edib. Qara ciyər xəstəliyi olan Hepatit C səbəbi ilə hər il 350 minlə 500 min arasında insan dünyasını dəyişir.
Təşkilat dünya boyu 130-la 150 milyon
insanın bu xroniki infeksiyaya yoluxduğunu bildirir. Xəstəliyin ən çox qeydə
alındığı bölgələr Mərkəzi və Şərqi Asiya, habelə Şimali Afrikadır.
Hepatit C virusu əsasən qanla yayılır.
Buna işlənmiş iynələr və şprintslər və streilzə olunmamış tibbi ləvazimatlar
yol açır.
Bu virusun daşıyıcılarının əksəriyyəti
ya serroz, ya da qara ciyər xərçənginin qurbanı olur.
Ümumdünya Səhiyyə Təşkilatı yeni müalicə
qaydalarının effektiv və yeni dərman preparatlarının daha təhlükəsiz olduğunu
bildirir.
Təşkilatın Qlobal Hepatit proqramının
direktoru Stefan Viktorun dediyinə görə, indi bu xəstəliyin müalicəsi
mümkündür. «Son zamanlara qədər xəstəliyin müalicəsi üçün 48 həftə İnterferon
preparatının qəbulu məsləhət görülürdü. Bu, olduqca zəhərli dərman olduğu üçün
insanlar onu qəbul etməkdən imtina edirdi. İndi isə yeni müalicə metodları və
12 həftəlik dərman kursları var. Müalicələrin bəziləri inyeksiyasız aparılır.
Nəticələr isə xəstələrin 90 faizinin sağaldığını göstərir».
Lakin bədbəxtlikdən insanların
əksəriyyəti müalicədən məhrumdur. Bunun səbəblərindən biri xəstəlikdən
xəbərsizlikdir. Daha bir səbəb müalicə imkanlarının məhdud olmasındadır.
Lakin doktor Viktorun dediyinə görə, ən
mühüm problem xəstəliyin simptomlarının bilinməməsidir. İnsanlar xəstəlik
riskini hiss etmir. Qara ciyərə ciddi zərər dəydikdə xəstəliyin olduğu üzə
çıxır.
Daha bir problem müalicənin
bahalığındadır. 12 həftəlik müalicə 84 min dollar tələb edir.
Yeni qaydalara Hepatit C virusunun
müəyyən edilməsi üçün təhlillər aparılması daxildir. Bundan əlavə daha
təhlükəsiz prosedurlarla xəstəliyin yayılmasının qarşısının alınması yolları da
qaydalara salınıb.
Ümumdünya Səhiyyə Təşkilatı müalicə
qiymətinin yaxın zamanda düşəcəyindən əminliyini bildirir.
Təşkilatın rəsmiləri deyir ki, HİV/QİÇS xəstəliyi yeni aşkar ediləndə onun müalicəsi 10 min dollar təşkil edirdi. Lakin eyni dərmanlar və eyni müalicənin dəyəri bu gün 100 dollar təşkil edir.