vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
19:11 | 24 fevral 2025 | Bazar ertəsi Məqaləyə 89 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ukraynadan üz döndərə bilmərik”

Böyük Britaniya Rusiyaya qarşı 2022-ci ildən bəri ən böyük sanksiyalar paketini açıqlayıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya-Ukrayna müharibəsi üçüncü ilinə girərkən Böyük Britaniya Rusiyaya qarşı “2022-ci ildən bəri ən böyük sanksiya paketini” tətbiq etmək qərarına gəldiyini açıqlayıb. Böyük Britaniya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında deyilir ki, yeni sanksiyalar Rusiyanın müharibə iqtisadiyyatını, Kremlyönlü oliqarxları və Rusiya ordusunun təchizat zəncirlərini dəstəkləyən maliyyə resurslarını hədəfləyir.

Bəyanatda deyilir ki, Rusiyaya qarşı 100-dən çox yeni sanksiyalar ölkənin hərbi gücünü zəiflətmək və Ukraynanı sülh üçün ən güclü mövqeyə qoymaq məqsədi daşıyır.

Açıqlamada sanksiyaların Rusiya ordusuna elektron və ikili təyinatlı (hərbi və mülki) materialları təmin edən üçüncü ölkələrin şirkətləri, Şimali Koreyadan Rusiyaya əsgər göndərdiyi iddia edilən yüksək səviyyəli şəxslər və Avropa texnologiyalarını Rusiyaya ötürdüyü iddia edilən 13 təşkilatının olduğu qeyd edilib.

Sanksiyaların Rusiyanın ən mühüm maliyyə qaynağı olan enerji gəlirlərini də hədəf aldığına diqqət çəkən açıqlamada İngiltərənin Rusiya neftini daşıyan 40 gəmidən ibarət kölgə donanmasını sanksiyalar siyahısına əlavə etdiyinə və beləliklə də ümumilikdə 133 Rusiya neft tankerini sanksiyalara məruz qoyduğuna diqqət çəkilib.

Açıqlamada, təxminən 2,2 milyard funt-sterlinq sərvəti ilə Rusiyanın ən zəngin iş adamlarından biri olan Roman Trotsenko da daxil olmaqla, Kremlə yaxınlığı ilə tanınan 14 oliqarxın da sanksiya siyahısına alındığı bildirilib.

Bundan əlavə, Rusiyanın müharibə iqtisadiyyatına dəstək verən xarici maliyyə qurumlarının da ilk dəfə olaraq yeni səlahiyyətlərdən istifadə edərək və bu çərçivədə Qırğızıstanda yerləşən “Keremet Bank” ASC-nin də sanksiya siyahısına daxil edildiyi bildirilib.

***

Bəyanatda Böyük Britaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyi və sanksiyaların Rusiyanın döyüş qabiliyyətini zəiflətmək və Avropanın təhlükəsizliyini artırmaq məqsədi daşıdığı vurğulanıb.

Bəyanatda şərhləri yer alan İngiltərə Xarici İşlər Naziri David Lammy, "Son üç ilin ən böyük sanksiya paketi ilə Ukraynaya bağlılığımızı bir daha təkrar edirik. Hər bir hərbi təchizat xəttinin kəsilməsi, hər rublun bloklanması və Putinin təcavüzünün ifşa olunmasına imkan verən hər bir element Böyük Britaniyada ədalətli və davamlı sülh, təhlükəsizlik və tərəqqiyə doğru bir addımdır" dedi. ifadələrdən istifadə etdi.

“Buna görə də diqqətimizi Ukraynanı mümkün olan ən güclü mövqeyə qoymağa yönəlmişik. Dünya Putinin tammiqyaslı işğalının dördüncü ilinə qədəm qoyduğu üçün biz ümumi təhlükəsizliyimiz üçün onların mübarizəsində Ukraynadan üz döndərə bilmərik və etməyəcəyik”, – deyə Lammi bildirib.