vaxtlı-vaxtında oxuyun! Cümə, 14 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
09:18 | 1 mart 2025 | Şənbə Məqaləyə 172 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səfirliyindən mənalı paylaşım

Qonağı qarşılamaq mədəniyyətdir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Oval kabinetdə mübahisədən sonra Ukraynanın Ankaradakı səfirliyi sosial media hesabında Zelenskinin Türkiyə səfəri zamanı prezident Ərdoğanla çəkilmiş şəkli paylaşıb.

Ukraynanın Ankaradakı səfirliyinin “X” sosial media hesabında paylaşılan paylaşımda prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 18-də Beştəpədə Zelenskini qarşıladığı andan kadr yer alıb.

Fotoda prezident Ərdoğanın yağışda əlində çətir tutaraq onun altında qonaq prezident Zelenskini yağışdan qoruduğu görünür.

Paylaşımda başqa heç bir açıqlama verilməyib.

Sözügedən yazı ABŞ prezidenti Trampın Oval kabinetdə canlı televiziyada Zelenski ilə gərgin dialoqundan sonra yayılıb.

Oval kabinetdə görüş zamanı ABŞ prezidenti Trampla Ukrayna prezidenti Zelenski arasında mübahisə yaranıb, nəticədə əvvəllər planlaşdırılan birgə mətbuat konfransı ləğv edilib və Zelenski Ağ Evi tərk edib.

Debat zamanı Tramp Ukrayna liderinin mövqeyini tənqid edib, Zelenski isə ölkəsinə dəstək gözlədiyini bildirib.



Oval kabinetdəki qızğın müzakirələrdən sonra Prezident Tramp “Truth Social” hesabında verdiyi açıqlamada Zelenskinin hələ sülhə hazır olmadığını müdafiə etdi.