

“Alternativ olmasa, yəqin ki, çətin yay olacaq”
İranda düşünürlər ki, Rusiya və Çinlə fəaliyyət hərbi əməliyyatdan çəkindirəcək
Su və elektrik böhranı vəziyyəti kritik hala çatdırıb
Tramp Xamneyiyə razılıq məktubu göndərib
“Bu qamçı iranlı qadınların üzərinə vurulub”
Hər kəslə anlayacağı dildə danışmaq, onu öz tərziylə başa salmaq lazımdır
ABŞ İranın dəstəklədiyi təşkilatı yenidən qaraladı
Zərifin istefası Pezeşkianı şoka salıb
Zərif ərizə yazmağa məcbur edilib; bu hadisələr İranı silkələyəcək
İranın yaraqlılarını məhv etmək üçün lazım olan sursata görə təşəkkür
İqtisadiyyat nazirinin vurulması, Zərifin istefasından sonra birjalar çöküb
Prezidentin müşaviri mühafizəkar qanadın yoğun təzyiqlərinə dözmədi
Nüvə proqramı barədə məlumat sızdırmaqda ittiham olunur
Parlament Himmətini vəzifəsindən azad edib
“İran İraq və Suriyada yüksək bədəl ödədi”
ABŞ və İsrail İranı vurmağa hazırdır, Ukrayna üçün “Marşal planı”
İran parlamentinin iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətinə etimad göstərməyərək onu nazir vəzifəsindən uzaqlaşdırması bu ölkədə böhranı dərinləşdirəcək.
Birincisi, səsvermə zamanı 182 deputat nazirə etimadsızlıq göstərib, cəmi 89 onu dəstəkləyib. İran parlamentində mühafizəkarlar çoxluq təşkil edir. Deməli, Prezidentin təyin etdiyi nazir mühafizəkarların səyi ilə vəzifəsindən uzaqlaşdırılıb.
İkincisi, bu səsvermədən sonra Prezidentin strateji məsələləri üzrə müavini Məhəmməd Cavad Zərif istefa verdiyini açıqlayıb. Aydındır ki, Cavad Zərif parlamentdə iqtisadiyyat nazirinə etimad göstərilmədiyinə görə istefa verib. Bu Zərifin ikinci istefasıdır. Məsud Pezeşkian Prezident seçiləndən sonra keçmiş xarici işlər naziri Cavad Zərifini vitse-prezident təyin etmişdi. Cavad Zərifi ötən ilin avqust ayında da istefa vermişdi. Zərifi o zaman Prezidentin nazirlərin seçimindən narazı qalmışdı. Pezeşkian parlamentin mühafizəkarların nəzarətində olduğunu diqqətə alaraq onların təmsilçilərini də nazir postlarına irəli sürmüşdü. Bu Zərifinin narazılığına səbəb olmuşdu. Görünür, Zərifi hesab edirdi ki, islahatçı Prezident ölkənin inkişafını sürətləndirən nazirlərə üstünlük verməlidir. Zərifinin o zamankı istefası Pezeşkianın mövqeyini zəiflədə bilərdi. Ona görə də Pezeşkian Zərifini müavini vəzifəsinə razı sala bilmişdi. Ancaq Zərifinin ikinci istefasından sonra onu geri qaytarmaq mümkün olmayacaq.
Məsud Pezeşkian özündən əvvəlki islahatçı prezidentlər kimi mühafizəkar dairələrlə münasibətləri gərginləşdirmək istəmir, son dərəcə ehtiyatlıdır. İranı idarə edən ali dini liderdir. Ali dini liderin təyin etdiyi şəxslər və SEPAH generalları Prezidentə tabe deyillər. Xalqın seçdiyi prezident bir qrup mollanın təyin etdiyi şəxsin sözü ilə geri addım atır. Bu halda Prezident vəd verdiyi islahatları necə həyata keçirəcək?