vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:51 | 3 mart 2025 | Bazar ertəsi Məqaləyə 159 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İstefalar davam edə bilər

Zərif ərizə yazmağa məcbur edilib; bu hadisələr İranı silkələyəcək

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif dünən “X” hesabında istefası barədə paylaşım edərək, “Son 6 ayda, eləcə də hökumət daxilində özümə və ailəmə qarşı ən gülünc təhqir, böhtan, təhdidlərlə üzləşsəm də, 40 illik xidmətin ən acı dövrünü keçsəm də, xidmət ümidi ilə inadla yaşamışam”, – yazıb.

Zərif bildirib ki, heç vaxt çətinliklərdən qaçmayıb və 40 il ərzində müharibənin sona çatmasından tutmuş, nüvə məsələsinin bitməsinə qədər milli maraqların müdafiəsində oynadığı kiçik rola görə təhqirlərə və böhtanlara dözüb.

“Ədliyyə-Məhkəmə Sisteminin sədrinin dəvəti ilə görüşə getdim. Ölkənin vəziyyətinə toxunaraq, hökumətə basqıların qarşısını almaq üçün mənə universitetə qayıtmağı tövsiyə etdi. Mən də dərhal qəbul etdim... Ümid edirəm ki, vəzifəmdən uzaqlaşmaqla xalqın iradəsinə, hökumətin uğurlarına mane olmaq bəhanələri aradan qalxacaq...”, – deyə Zərif vurğulayıb.

***

“Fars News” xəbər agentliyinin məlumatına görə, Zərifin istefası prezident tərəfindən hələ təsdiqlənməyib.

Xəbərdə qeyd olunur ki, həssas vəzifələr haqqında qanuna əsasən, Zərifin iki övladının ikili Amerika vətəndaşlığına malik olması səbəbindən vitse-prezidentlərdən biri təyin olunması qanunun açıq şəkildə pozulmasıdır və bəzi parlament üzvləri Zərifin qeyri-qanuni olaraq strateji məsələlər üzrə vitse-prezident təyin edilməsi məsələsini hazırkı hökumət fəaliyyətə başlayandan bəri qaldırıblar.

***

Amma Zərif istefası ilə xəbərlər bununla bitmir.

“The Guardian” xəbərinə görə, İranın ən tanınmış islahatçılarından olan Məhəmməd Cavad Zərif adı açıqlanmayan yüksək rütbəli məmur tərəfindən ona göstəriş verildiyini deyərək hökumətdən istefa verib.

O, strateji məsələlər üzrə vitse-prezident vəzifəsindən getdiyi üçün istefa məktubunda ismi-pünhanın adını çəkməsə də, bu addımın ali lider Əli Xameneyinin yaxın adamlarından biri olduğu bildirilir.

Məhəmməd Cavad Zərifin gedişi hələ prezident Məsud Pezeşkian hökumətinə ağır zərbədir. İqtisadiyyat naziri Əbdülnəsir Həmmatinin parlamentdə impiçmentindən sonra baş verən bu istefa İranda mühafizəkarlarıın islahatçılara qarşı hücuma keçməsindən xəbər verir.

Qəzet yazır ki, bu, son dərəcə ciddi məsələdir və İranı silkələyəcək.