vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
10:15 | 3 mart 2025 | Bazar ertəsi Məqaləyə 92 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda çevriliş başlayıb?

İqtisadiyyat nazirinin vurulması, Zərifin istefasından sonra birjalar çöküb

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

İqtisadi və həyati böhran mühafizəkar parlamentlə islahatçı prezident Məsud Pezeşkian arasında ilk toqquşmada İranın iqtisadiyyat naziri Əbdünnasir Himmətinin vəzifəsindən uzaqlaşdırılmasına səbəb olub.

Qanunvericilər hökuməti iqtisadi böhranların, xüsusən də dəyərsizləşən valyutanın və bahalaşmanın qarşısını ala bilməməkdə günahlandırıblar. 290 deputatdan 273-nün iştirak etdiyi səsvermədə 182 deputat vəzifədən azad edilməsinin lehinə, 89 deputat isə əleyhinə səs verib.

Pezeşkian naziri müdafiə edərək, böhrana görə beynəlxalq sanksiyaları və İraq və Türkiyənin borc ödəmələrini gecikdirdiyini bildirib.

“Biz düşmənlə (iqtisadi) müharibənin ortasındayıq və bir nəfəri günahlandırmaq problemi həll etməyəcək”, – deyən Pezeşkian hökumətin lider Əli Xameneyinin ABŞ-a qarşı siyasətini izləyəcəyini vəd edib.

Pezeşkian inflyasiyanın “yığılmış problem” olduğunu deyib və hökumətin sanksiyaların təsirini azaltmaq üçün qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmağa çalışdığını qeyd edib.

Bu gün səhər saatlarında İranın vitse-prezidenti Cavad Zərif istefa verdiyi xəbərləri yayılıb.

Dünənki vurulma və bugünkü istefa xəbərləri, Pezeşkianın isə sadiqlik vədi İranda prezidentin gözdən düşdüyü və istefaya məcbur ediləcəyi ilə bağlı şübhələri artırıb.

Son xəbərə görə, İranın iqtisadiyyat naziri Əbdunnasir Himməti parlament tərəfindən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən azad edilməsindən və Məhəmməd Cavad Zərif də istefasından sonra ölkə birjaları çöküb.