
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
Həftəlik tibb jurnalı olan “Lancet”də dərc edilən bir araşdırma, 2050-ci ilə qədər dünya əhalisinin yarıdan çoxunun şişman ola biləcəyini söylədi.
Yeni bir araşdırmaya görə, növbəti 25 il ərzində dünya üzrə yuxarı yaşlıların yarısından çoxunun artıq çəki və ya piylənmədən əziyyət çəkəcəyi bildirilir.
***
200-dən çox ölkədən alınan məlumatlara əsaslanan beynəlxalq araşdırmada tədqiqatçılar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ən mühüm sağlamlıq probleminə çevrilən piylənmənin gedişatını araşdırıblar.
Dünya Səhiyyə Təşkilatı (DST) artıq çəkiyə “orqanizmdə həddindən artıq yağ yığılması”, piylənmə isə “bədənin yağ kütləsinin arıq kütləyə nisbətinin artması, nəticədə bədən çəkisinin boyuna nisbətdə arzu olunan həddi aşması” kimi təyin edilir.
***
Tədqiqat 2021-ci ildən etibarən dünya üzrə yetkin əhalinin demək olar ki, yarısının artıq çəkidən və ya piylənmədən əziyyət çəkdiyini vurğuladı və 1990-cı ildən bu yana həm kişilərdə, həm də qadınlarda bu sağlıq problemi yaşayan insanların nisbətinin iki dəfə artdığını bildirdi. Tədqiqat müəyyən edib ki, mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər artıq çəki və piylənmə nisbəti kişilərdə 57,4, qadınlarda isə 60,3 faizə çata bilər.
Araşdırmada xüsusilə uşaqlar, yeniyetmələr və gənclər arasında piylənmənin 121 faiz artacağı və 2050-ci ilə qədər şişman gənclərin sayının 360 milyona çatacağı proqnozlaşdırılır. Tədqiqat həmçinin 2050-ci ilə qədər piylənmənin Çin, Hindistan və ABŞ-da daha çox yayılacağı proqnozlaşdırıldığını bildirdi.