

AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Avropa səhiyyəsindəki təhlükəli boşluq müdafiə siyasəti strategiyasının ən böyük zəifliyidir
Avropanın silah idxalı son dörd ildə əhəmiyyətli dərəcədə artıb
ABŞ-ın NATO-dan çıxmasına cavab: “Əlimizi cibimizə qoymağa hazır olsaq, seçimlərimiz var”
Almaniyanın avtomobil sənayesi Donald Trampın tariflərinə necə hazırlaşır?
Fransanın nüvə potensialı ABŞ-a alternativ ola bilərmi, Almaniya nüvə silahı ilə bağlı qapıları açıq qoyur
Brüsselin qərarına Rusiyadan reaksiya gəldi
Putin Trampa nə vaxt yox deyəcək?
Brüsselin son ümidi Türkiyəyə bağlıykən yunan baş nazir qaşınmayan yerdə qan axtarır
AB Şurasının sədri Antonio Kosta nəticədən məmnun qaldığını deyib
10 saatlıq sammitdə Ukraynaya cəmi 15 dəqiqə vaxt ayrıldı
“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi AB üçün yoxolma təhlükəsidir”
AB liderlərinin Brüsseldə keçirilən sammiti Orbanın veto qoyması ilə başa çatıb
Tramp kənd təsərrüfatı məhsulları idxalına yeni tariflər tətbiq edir
“Rusiyanın Ukrayna ilə kifayətlənəcəyinə kim inana bilər?”
Bu çağırış Avropa Birliyi liderlərinin müdafiə və təhlükəsizlik üçün 800 milyard avronun səfərbər edilməsi planını müzakirə etməyə hazırlaşdığı bir vaxta təsadüf edir.
Polşanın rəqəmsal məsələlər üzrə naziri Kşiştof Qavkovski bəyan edib ki, Avropa Birliyinə (AB) üzv dövlətlərin üzləşdiyi kibertəhlükələrlə mübarizə üçün mülki və hərbi əməkdaşlıq gücləndirilməlidir. Çərşənbə günü Varşavada telekommunikasiya nazirlərinin görüşündə Qavkovski “Bu iki dünya ayrı ola bilməz”, – deyib.
Polşanın bu ilin ilk yarısında Avropa Birliyi toplantılarına sədrlik etdiyini xatırladan Qavkovski ölkəsinin hər gün “minlərlə kiber təhlükə ilə mübarizə apardığını”, – vurğulayıb.
“Həyati vacib infrastrukturlara hücumlar artmaqdadır. Digər AB ölkələri də bu vəziyyətlə üzləşirlər. Biz daha çox sərmayə qoymalı və bilik mübadiləsini artırmalıyıq”, – deyib.
Bu bəyanatlar AB liderlərinin cümə axşamı Brüsseldə keçiriləcək xüsusi iclasda həftənin əvvəlində Avropa Komissiyasının təqdim etdiyi beş bənddən ibarət “Yenidən silahlanma Avropa” (REARM Europe) planını müzakirə etməyə hazırlaşdıqları vaxta təsadüf edir. Plan qarşıdakı dörd il ərzində təxminən 800 milyard avro büdcəni səfərbər etməyi hədəfləyir. Bu büdcənin böyük hissəsinin üzv dövlətlərin müdafiə və təhlükəsizlik xərclərinin artırılması hesabına təmin edilməsi planlaşdırılır.
Kibertəhlükəsizliyin plandan necə faydalana biləcəyini soruşduqda, Qavkovski büdcənin “əsasən kiberməkanı əhatə etdiyini” söylədi deyib: “Müharibənin birinci mərhələsi hibriddir”.
***
Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa Pakosta bildirib ki, üzv ölkələr arasında etimad və əməkdaşlıq inkişaf etdirilməlidir: “Biz hərbi sahədə olduğu kimi daha çox etimad və əməkdaşlıq görmək istəyirik. Biz kiber təhdidlərin nə qədər böyük risk yaratdığını tam başa düşə bilmirik. Biz bunları bomba kimi qəbul etmirik, əslində kiberhücumlar fiziki təhlükədir”.
AB-nin texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə vitse-prezidenti Henna Virkkunen də birgə mətbuat konfransında telekommunikasiya nazirlərinin görüşünün kritik bir vaxta təsadüf etdiyini vurğulayıb: “Üzv dövlətlər və AB qurumları daim hücuma məruz qalır. Hibrid hücumlar daha çox koordinasiya tələb edir”.
Virkkunen deyib ki, nazirlərin müzakirələri komissiyanın iki həftə ərzində təqdim edəcəyi sənədə töhfə verəcək.
***
Avropa Komissiyası genişmiqyaslı kiberhücumlara effektiv cavab vermək üçün fevral ayında yeni plan təqdim edib. Çərşənbə günü nazirlər tərəfindən müzakirə edilən təklif AB-nin Kibertəhlükəsizlik Böhranının İdarə Edilməsi çərçivəsini yeniləyir, böhran prosesinin bütün mərhələlərində müvafiq AB aktorlarının rollarını müəyyənləşdirir.
Komissiya həmçinin Baltik dənizində baş verən son hadisələr kimi hadisələrin ardınca telekommunikasiyada istifadə edilən sualtı kabel infrastrukturlarının təhlükəsizliyi və dayanıqlığına dair tövsiyə dərc edib.