

90 yaşına çatmış insanların qanında fərqlər aşkar edilib
“8 Martda kimlə bərabər olacaqlar? Klara Setkinlə?”
Yaxud dünyanın ən çirkin qadın yarışmasının qalibi Meri Ann Vebster
“Hər dörd ölkədən biri qadın hüquqları sahəsində geri addımlar atıb”
“Ev xanımı” yox, “evinin xanımı” olmaq
Onlar təbiətin özüdür
Həmişə yumşaq və ətirli olmağa borclu deyilik
“Sanki bir kazinoda qumar oynayanlar kimi bunun cəzasını çəkir”
Əslində bunları bütün insanlar bilməlidir
Qızların və cavan qadınların yarısı plastik əməliyyat haqqında düşünür
Bir çox xəstəliklərə tutulma riskini azaldır
... Yaxud “məni istəyən aşığa xələt versin” çağırışı
Eyni paltarı geyinməyə dözməyən qadınların əksəriyyətinin sifətləri eynidir
Molla qadınların dar paltar geyinməsinin qarşısını almağa çağırıb
“Bu, adətən, pıçıltıyla deyilən, amma paylaşılmayan təcrübədir”
... Yaxud ağrı ilə nifrətin düz mütənasibliyi
Yeni bir araşdırmaya görə, kişilərdə piylənmə riskini üç dəfə artıran evlilik qadınlara təsir etmir. Polşanın paytaxtı Varşavadakı Milli Kardiologiya İnstitutunun alimləri orta yaşı 50 olan 2405 nəfərin tibbi və ümumi sağlamlıq məlumatlarını araşdırıblar. Onlar artan bədən çəkisi ilə yaş, ailə vəziyyəti, psixi sağlamlıq və digər amillər arasında əlaqəni müəyyən etmək üçün statistik təhlildən istifadə ediblər.
Bu il İspaniyanın Malaqa şəhərində keçirilən Avropa Piylənmə Konqresində təqdim edilən araşdırma, evli kişilərin subay kişilərdən 3,2 dəfə çox şişman olduğunu ortaya çıxarıb. Ancaq evli qadınlarda piylənmə riskində artım müşahidə edilməyib.
Evliliyin şişman olma ehtimalını kişilərdə 62, qadınlarda isə 39 faiz artırdığı da müəyyən edilib.
“The Guardian” yazır ki, tapıntılar 2024-cü ildə aparılan bir araşdırmanın nəticələrini dəstəkləyir ki, kişilərin bədən kütləsi indeksi evləndikdən sonra ilk beş il ərzində daha çox kalori qəbulu və daha az məşq kimi səbəblərə görə artıb.
Çində aparılan bu araşdırma, şişman olduğu müəyyən edilən kişilərin nisbətində 5,2 faiz və piylənmə diaqnozu qoyulma nisbətinin 2,5 faiz artması evlilik ilə əlaqələndirilib.
Qlobal piylənmə nisbətləri 1990-cı ildən bəri iki dəfədən çox artıb, 2,5 milyarddan çox böyüklərdə və uşaqlarda artıq çəki və ya piylənmə müəyyən edilib.
Dünyada 2050-ci ilə qədər böyüklərin yarısından çoxunun və uşaqların üçdə birinin artıq çəki və ya piylənməyə məruz qalacağı ehtimal olunur.