
Tehran artıq güc mərkəzi deyil
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Kürd terrorçular şəhəri hücum edib qarşılarına çıxanı öldürürdülər
Urmiyadakı son hadisələr fonunda, Azərbaycanın güneyində türk milli şüurunun özünü ən güclü şəkildə büruzə verməsi bizi həm duyğulandırır, həm də həyəcanlandırır.
Nəzərə almaq lazımdır ki, İranda yaşayan türklərin kimlik duyğuları, ictimai-siyasi baxışları və sosial vəziyyətləri heç də “ağ-qara” deyil. Məzhəb bağlılığını etnik mənsubiyyətindən üstün tutanlar, İran kimliyini ön planda saxlayanlar, mövcud dini rejim ilə siyasi-iqtisadi mənfəət əlaqəsində olanlar bəlkə də çoxluq təşkil edir. Bununla belə, Yeni Yaxın Şərqin formalaşdığı, İran ətrafında ciddi proseslərin cərəyan etdiyi və kürdlərin milli dövlət üçün aktivləşdiyi bir vaxtda Güney Azərbaycan türklərinin siyasi canlılıq göstərməsi olduqca vacibdir.
Urmiyadakı nümayişlər sübut edir ki, İran dini rejiminin əks-təbliğatına baxmayaraq, həqiqətən də Azərbaycanın güneyində milli şüuru dərk edən passionar qüvvələr var. Ümid edirəm ki, tarixi şərtlər yetişsə, yəni “İranın Yuqoslaviyalaşması” ssenarisi aktuallaşsa, bu qüvvələr Güney Azərbaycan türklərinin də öz müqəddəratını təyin etməsində rol oynayacaqlar.