Nazirdən «dedovşina» xəbərdarlığı
Zakir Həsənovdan xüsusi göstərişlər
Anar RÜSTƏMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Generalın onu “nişan alan” ermənilərə sillə cavabı
“Onların 35 km vura biləcək artilleriyaları belə yoxdu”
-
“Müharibəyə hazırlaşın”
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
-
“Sahibsiz torpaq yoxdur”
Zakir Həsənov: “Laçına gedən yol artıq ordumuzun nəzarətindədir”
-
“Ona insan deməzdim...”
Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda ...
-
“İskəndər”in qənimi “LORA”
İsraildən alınan, HHM qüüvələrini qorxulu röyası olan, hədəfi 10 saniyə ərzində 10 metr dəqiqliklə vuran operativ-taktiki kvaziballistik raketlərini raketdən müdafiə sistemləri tuta bilmir
-
“Polonez”lər gəldi
Azərbaycan “İskəndəri” kölgədə qoyan raket kompleksləri ilə silah arsenalını zənginləşdirdi
-
Nazir Türkiyəyə gedir
Zakir Həsənov “Efes-2018” təlimlərinin yekun mərhələsinə dəvət olunub
-
Nazirin Çin səfərində əsas hədəf
Elxan Şahinoğlu: “Rusiyadan silah və hərbi texnika asılılığımızı azaltmalıyıq...”
-
“Çinin silah bazarı bizi cəlb edir”
Politoloq: “Kreml rəsmi Bakının Pekindən silah almasına etiraz edə bilməyəcək...”
-
“Çin silahları Qarabağda Ermənistana qarşı tuşlana bilər”
Rusiyalı ekspert Azərbaycan müdafiə nazirinin Pekin səfərini şərh edib
-
Zakir Həsənov Çinin “CETC İnternational”da olub
Müdafiə naziri şirkətin istehsal etdiyi hərbi avadanliqlar maraqlanıb
-
Azərbaycanla Çin arasında hərbi müqavilə imzalandı
Müdafiə naziri Zakir Həsənov çinli həmkarı Vey Fenxe ilə görüşüb
-
Zakir Həsənov Çinə səfərə gedir
Azərbaycanın müdafiə nazirinə çinli həmkarından rəsmi dəvət gəlib
-
“İsgəndər”in buynuzu qırıldı
Sensasiya: Belarus tezliklə Azərbaycana 10 “Polonez” raket kompleksi çatdıracaq!
-
Zakir Həsənov ön cəbhəyə yollanıb
General hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb
-
Zakir Həsənovdan general davranışı
Vigen Sərkisyan Moskva, Azərbaycanın hərb naziri isə Belarus paytaxtındakı yubiley törənində - Kremlə mesaj?
Müdafiə naziri Zakir Həsənov hərbi hissələrdə əsgər özbaşnalıqlarının aradan qaldırılması üçün nazirliyin yüksək çinli zabitlərinə, hərbi hissə komandirlərinə ciddi tapşırıqlar verib.
AzVision.az-a daxil olan məlumata görə, nazir hərbi hissə komandirlərinə ordu sıralarında «dedovşina» hallarının birdəfəlik aradan qaldırılması, əsgəri heyət arasında nizam-intizam qaydalarına ciddi nəzarət olunması ilə bağlı xüsusi göstərişlər verib.
Mənbənin bildirdiyinə görə, nazir «dedovşina» halları aşkar edilən hərbi hissə komandirlərinin sərt şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.
Qeyd edək ki, Z.Həsənov Daxili Qoşunların Komandanı olarkən nəzarətində olan hərbi hissələrdə ciddi nizam-intizam qaydaları yaratmış, əsgərlər arasında «dedovşina» hallarını aradan qaldırmışdı. Səfər Əbiyevin nazir vəzifəsində olduğu dönəmdə isə Milli Ordu tabeliyində olan hərbi hissələrdə «dedovşina» açıq-aşkar mövcud idi.
Xatırladaq ki, «dedovşina» orduda daha uzun müddət xidmət keçənlərin sonradan hərbi xidmətə başlayan əsgərlər üzərində qeyri-qanuni hakimiyyətidir. Bura daha uzun müddət xidmət keçən əsgərlərin gənc əsgərlərə qarşı müxtəlif təhqiredici hərəkətlər etməsi, onlara alçaldıcı tapşırıqlar verməsi, fiziki təzyiq, bəzən hətta cinsi qısnama daxildir. Çox vaxt bu hərəkətlər maddi baxımdan nisbətən imkanlı əsgərlərə qarşı törədilir.