vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
QƏZA, FACİƏ  
12:10 | 21 iyun 2014 | Şənbə Məqaləyə 2784 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İmtahandan kəsildi, özünü asdı

Bu dəfə abituriyent yox, müəllimə...

MÖVZU İLƏ ƏLAQƏLİ

Salyan rayonunun Kürsəngi kəndində intihar hadisəsi baş verib. Virtualaz.org-a xəbər verir ki, əldə etdiyi məlumata görə, hadisə dünən baş verib.


Müəllimlər arasında keçirilən müsabiqədə zəif nəticə göstərən 1990-cı il təvəllüdlü Nəcəfov İntiqam Səyyar oğlu intihar edib. Sabirabadda müəllim işləyən İntiqam Nəcəfov Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi üçün keçirilən müsabiqədə iştirak edib.

İ.Nəcəfov müsabiqədən yaxşı nəticə toplayaraq öz kəndlərinə təyinat almaq istəyib. Lakin topladığı nəticə onun bu istəyini reallaşdırmasına yetməyib. Gənc müəllim nişanlısına zəng edərək hallallıq istəyib və telefonu söndürüb.

Nişanlısı İ.Nəcəfova təkrar zəng etsə də, zənglərinə cavab ala bilməyib. İ.Nəcəfovun ailəsinə xəbər verildikdə isə artıq gec olub. Ailəsi gənc müəllimin tövlədə asılmış meyitini tapıb. İ.Nəcəfovun yaxınlarda toyu olacaqmış. Saatlı Rayon Polis Şöbəsindən virtualaz.org saytına faktı təsdiqləyiblər.

Xatırladaq ki, iyunun 18-i və 20-də ibtidai sinif müəllimləri arasında müsabiqə keçirilib. Müsabiqədə ingilis dili və informatika, biologiya, coğrafiya və kimya müəllimləri iştirak ediblər. Müsabiqədə ümumi təhsil müəssisələri və peşə liseylərində işləyən müəllimlər bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə üçün yaxşı nəticə toplamalı idilər.