

ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Yəhudiləri vəba epidemiyasında günahlandırıb kütləvi qırdılar
Güclü yağışlar nəticəsində kənd və qəsəbələr su altında qalarkən, bəzi körpülər uçub, evlər dağılıb
NATO-ya Rusiya xəbərdarlığı
Əri əvvəlcə onu, sonra isə özünü güllələyib
Polşadan sərt cavab, Rusiya raketlərini vura bilərik
Hərbi təyyarələr havaya qalxdı
Pilotu huşunu itirən təyyarə təcili eniş edib
Polşa 1944-cü il sürgününü tanıyan 5-ci ölkə oldu
78 mədənçini xilas etmək üçün işlər davam edir
Qitənin inkişaf etmiş ölkələrinin fermerləri üsyana qalxıb
Yaşayış binasına ciddi xəsarət görüb, yaralılar var
ABŞ-dan Polşaya tank və hərbi sursat satışına icazə
Polşadan İngiltərəyə uçan hava gəmisi Praqada məcburi eniş edib
Xersonda uduzan əsəbi Kremlin Lvova atdığı raketlər Polşaya düşdü
“Ölkənin gələcəyini seçmək hüququ yalnız Ukraynaya məxsusdur”
Vəzifəli şəxslərin səs yazılarının yayılması ilə yaranan qalmaqaldan sonra Polşa koalisiya hökuməti parlamentin etimad rəyini qazanıb. Polşanın baş naziri Donald Tusk parlamentə bildirmişdi ki, əksəriyyətin dəstəyi olmadan Polşanı Avropa İttifaqında effektiv təmsil edə bilməyəcək. Bu barədə «BBC» xəbər verir.
Qeyd edək ki, iyunun 25-də keçirilən səsvermədə Donald Tuskun mərkəz-sağ ikipartiyalı koalisiyası 237 parlamentarinin dəstəyini qazanıb. Parlamentin 460 üzvündən 203-ü koalisiyanın xeyrinə səs verib. Baş nazirin etimad rəyini qazanmaq üçün 231 səsə ehtiyacı var idi. Donald Tusk bu həftə Brüsseldə keçiriləcək sammitdən əvvəl səsvermə keçirilməsini təklif etmişdi.
Gizli səs yazılarını isə «Wprost» jurnalı yayıb. Bunların birində xarici işlər naziri Radoslav Sikorski ABŞ-Polşa ittifaqının mənasız olduğundan danışır. Başqa bir səs yazısında Mərkəzi Bankın sədri Marek Belka və daxili işlər naziri Bartlomey Siyenkiyeviç hakim partiyanın 2015-ci ildə qalib gəlməsi üçün bankın necə kömək göstərə biləcəyini müzakirə edirlər. Bu isə bankın öz müstəqilliyindən sui-istifadəsi deməkdir.
Vəzifəli şəxslər danışıqların başqa kontekstə yozulduğunu və qəbahət bir iş görmədiklərini bildiriblər. «Wprost» jurnalı səs yazılarını bir iş adamından əldə etdiyini bildirib.
Gizli səs yazıları bir neçə ay ərzində Varşavanın bahalı restoranlarında qeydə alınıb. Çərşənbə günü Tusk parlamentə müraciətində səs yazılarının arxasında cinayətkar dəstənin dayandığını bildirib. İttihamçılar danışıqların qanunsuz yazılması ilə bağlı 2 şəxsin təqsirləndirildiyini, daha 2 nəfərin istintaqa cəlb olunacağını deyiblər.