vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
KRİMİNAL, CİNAYƏT  
15:54 | 4 sentyabr 2024 | Çərşənbə Məqaləyə 227 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məşhur modelin faciəvi sonu

Əri əvvəlcə onu, sonra isə özünü güllələyib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Polşada məşhur model və televiziya ulduzu Paulina Lerx əri tərəfindən güllələnərək öldürülüb. Qatil arvadı Lerxin ardınca özünü vurub.

Polşa ictimaiyyəti Top Model yarışması ilə məşhurlaşan model və televiziya ulduzu Paulina Lerxin faciəli sonluğundan danışır.

33 yaşlı Lerxin və 47 yaşlı həyat yoldaşı Slawomirin cansız cəsədləri ailəsinin bir həftədir ki, onlarla əlaqə qura bilmədikləri ilə bağlı müraciətindən sonra Poznan şəhərindəki evində tapılıb.

Polis Sławomirin həyat yoldaşını, sonra isə özünü güllələdiyini düşünür. Cütlüyün cəsədlərinin yanından silah tapılıb və evin içəridən kilidləndiyi bildirilib.

Səlahiyyətlilər cütlüyün birlikdə intihar etmə ehtimalını da qiymətləndirir. Polis ümid edir ki, cütlüyün ölümü ilə bağlı sirr cəsədlərin tibbi ekspertizasının nəticələri ilə aydınlaşacaq.

Polşa mətbuatının məlumatına görə, Slavomir ötən ilin yazında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb və avqustda azad edilib.

Paulina Lerxin son illərdə 20 kilo arıqlaması müzakirələrə səbəb olmuşdu.