

Müharibə veteranı və istefada olan general da daxil olmaqla 6 nəfər həbs olunub
Rumıniyadan ABŞ-a gedən Endrü və Riçard Teytlə qardaşları bağlı növbəti araşdırma
Rusiyanın hərbi attaşesi və köməkçisi persona non qrata elan edilib
Rumıniyada ləğv edilmiş prezident seçkilərinin qalibi Corcesku saxlanılıb
Rumıniyadan Niderlanda sərgilənmək üçün gətirilmişdi
Güclü yağışlar nəticəsində kənd və qəsəbələr su altında qalarkən, bəzi körpülər uçub, evlər dağılıb
Güclü yağışlarla mübarizə paran Rumıniyada 4 nəfər həlak oldu
NATO-ya Rusiya xəbərdarlığı
Rumıniya və NATO rəsmiləri PUA qalıqları ilə bağlı ard-arda açıqlama verib
Rusiya PUA-ları Avropa istiqamətində Ukrayna sərhədini keçib
Uzun sürən danışıqlardan sonra Avstriyanın “saqqızını oğurlaya bildilər”
Bu ölkəyə İnvestisiya yatıran şirkətlər arasında SOCAR liderdir
Moskvadan canını qurtaran Kişinyov üstünlüyü Buxarestə verir...
«Əgər Rusiya vətəndaşının başından bir tük əksik olsa...»
Kremlin adamı ölkəni sürətlə «Putin ittifaqı»ına qoşur
Moldovada prezident seçkilərində səslər sayılır
Baseskunun qardaşı və kürəkəni mafiyadan rüşvət aldıqlarına görə həbs olunublar. Rumıniya parlamentariləri buna görə iyunun 25-də prezident Trayan Baseskunun istefasını tələb ediblər. Məlumatı «İ24 News» xəbər portalı yayıb.
588 parlamentaridən 344-ü məcburi olmayan bəyannamənin lehinə səs verib. Bildiriblər ki, ««Rumıniyanın etibarını» bərpa etmək üçün Basesku mütləq istefa verməlidir».
Hakimiyyəti dövründə korrupsiya ilə mübarizə aparan Basesku qardaşı və kürəkəni rüşvət aldıqdan sonra pərt olub.
Qeyd edək ki, iyunun 25-də 17 parlamentari səsvermədən imtina edib. Baseskunu dəstəkləyən iki mərkəz-sağ partiyanın parlamentariləri isə səsvermədə iştirak etməyiblər.
«Prezident Basesku bundan sonra prezident aparatının nüfuzu, müstəqilliyi və qanuniliyinə zəmanət verə bilməz. Ona görə də biz onun dərhal istefa verməsini tələb edirik», - deyən qanunvericilər prezidentin qardaşının «çox ciddi rüşvətxorluqda» əli olmasına hiddətləniblər.
Buna baxmayaraq, Basesku öz səlahiyyət müddətinin sonuna kimi geri çəkilmək istəmədiyini göstərib. Onun prezidentlik müddəti noyabr seçkilərində sona çatır.
Xatırladaq ki, prezidentin kiçik qardaşı Mirça iyunun 20-də həbs olunmuşdu. O, qəsdən adam öldürməyə cəhdə görə məhkəmədə mafiya başçısı Sandu Anheldən 340 min dollar alıbmış. İttihamçılar bildiriblər ki, Mirça mafiya başçısına prezidentlə əlaqəsindən istifadə edib, məhkəmə qərarını ləğv edəcəyini deyib. Ali Məhkəmənin may ayındakı çıxardığı hökmlə Anhelə 8 il 9 ay həbs cəzası verilib.
İyunun 23-də mətbuat konfransında Basesku heç vaxt məhkəmənin işinə qarışmadığını və rüşvətdən xəbəri olmadığını bildirib.
Bu həftə prezidentin vəkil kürəkəni Radu Prikopun istintaqa cəlb olunması onun narahatlığını bir az da artırıb. Radu Prikop Rumıniyanın sabiq kommunist rejimində əmlakı mənimsəməklə vurulan milyonlarla avroluq ziyana görə kompensasiya almaq üçün saxta sənədlərdən istifadə edib.