«Azərbaycanı tərk etməmişəm»
«Bu haqda da düşünmürəm»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Eks deputat faciə mərkəzini bərpa edir
«Nabran Holiday Village»in adı dəyişdirilir
-
İmran palataya köçürülür
«Ayağındakı son millər çıxarılmalıdır»
-
“Soruşurlar ki, sizdə aquapark var?”
Nabrandakı istirahət mərkəzləri turist korluğu çəkir
-
Bəzi KİV-lər «CTF» şirkətinin təsisçisi, «Sumqayıt» və «Cavid» Ticarət Mərkəzlərinin rəhbəri, sabiq deputat Nizami İsgəndərovun Azərbaycanı tərk etdiyi barədə xəbərlər yayıb. »Publika az»da isə eks-deputatın həbsinə hazırlıq görüldüyü üçün bu addımı atdığı yazılıb. Bildirilir ki, buna səbəb ona məxsus «Nabran Holiday Village» istirahət mərkəzində 2013-cü ilin iyulunda 2 yaşlı İmran Cəfərzadənin uşaqlar üçün hovuzda ağır zədələnməsidir.
Məsələ ilə əlaqədarModern.az saytına
açıqlama verən sabiq deputat haqqında yayılan informasiyaları təkzib edib. Nizami
İsgəndərov hazırda Azərbaycanda olduğunu və ölkəni tərk etməyə hazırlaşmadığını
deyib:
«Bunlar hamısı əsassız xəbərlərdir. Mən Azərbaycanı niyə tərk eləməliyəm?...
Heç yerə getməmişəm, bu haqda da düşünmürəm. Hazırda da işimin başındayam».