vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
18:37 | 3 iyul 2014 | Cümə axşamı Məqaləyə 2497 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Məntiqsizlikdir!»

«Qanun qəbul edilsə belə, onun icrası mümkün olmayacaq»

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu məsələ ilə bağlı cəmiyyətdə lazımsız ajiotaj yaranıb. Buna səbəb Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun bir müddət əvvəl verdiyi açıqlama oldu. Açıqlama ondan ibarət idi ki, tıxacların qarşısını almaq üçün rayonlardan gələn avtomobillərin paytaxta girişini qadağan etmək ideyası var, yəni nazirlik bu məsələni götür-qoy edir».


Bu barədə Modern.az-a ekspert Ərşad Hüseynov rayondan gələn avtomobillərin paytaxta buraxılmayacağı haqda məsələsini şərh edərkən deyib.

Ekspert hesab edir ki, bu məsələ ilə bağlı hər hansı qadağadan söhbət gedə bilməz. «Bu, məntiqsizlikdir. Bununla bağlı qanun qəbul edilsə belə, onun icrası mümkün olmayacaq. Konstitusiyada yazılıb ki, hər bir vətəndaşın ölkə daxilində, hətta planet miqyasında yerdəyişmə etmək haqqı var. Paytaxta girişə qadağa qoyulmasına gəldikdə, bu düzgün deyil».

Ə. Hüseynovun sözlərinə görə, belə bir qadağa tətbiq ediləcəyi təqdirdə həm korrupsiya, həm də narazılıqlar artacaq: «Şəhərin girişinə post qoyulacaq ki, rayon maşınları şəhərə buraxılmasın, bir də görəcəyik əllər ciblərdədir...»

Ekspert rayondan gələn sürücülərin təcrübəsizliyinin iddia olunması ilə də razılaşmır: «İnsanların sürücülük səviyyəsi kənddə və şəhərdə yaşaması ilə ölçülmür. Ən yaxşı halda dünya təcrübəsindən yararlanmaq olar. Nyu-Yorkda, Cakartada, Türkiyədə şəhərə gələn avtomobilləri məntiqli şəkildə məhdudlaşdırırlar. Yəni şəhərin girəcəyində nəqliyyat qovşaqları yaradılıb. Həmin əraziyə daxil olanlar avtomobillərini orada saxlayaraq ictimai nəqliyyat vasitəsilə yoluna davam edir. Bakıda 1000-ə yaxın küçə var, bütün nəqliyyat yükü isə 50 küçənin üzərinə düşür. Tıxac olması normaldır. Yerdə qalan 950 küçə ya qanunsuz zəbt olunub, ya da «kolxoz tarlası» kimidir. Belə olan halda tıxac da olacaq, qəzalar da».