vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
13:11 | 9 iyul 2014 | Çərşənbə Məqaləyə 1458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Olsun-olmasın»

Aİ-nin Rusiyaya qarşı sanksiyalardakı götür-qoyu «çobanyastığı seçimi»nə dönüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqı (Aİ) ölkələri sabaha qədər sanksiya tətbiq olunacaq rusların sayını artırmaq qərarına gəliblər. Şərq qərargahlarından geri çəkilən Ukrayna qiyamçıları Luqansk bölgəsində daha bir şəhəri ələ keçiriblər. Məlumatı «Business Week» yayıb.


«İnterfax» agentliyinin separatçılara istinadən verdiyi məlumata görə, yüzlərlə qiyamçı 20 min əhalisi olan Popasnaya şəhərini ələ keçiriblər. Ukraynanın xarici işlər nazirinin müavini Danilo Lubkivskiy bildirmişdi ki, ötən həftə döyüşçülər əyalət paytaxtı Donetskə çəkildikdən sonra Ukrayna qüvvələri hücumları davam etdiriblər. Onun sözlərinə görə, separatçılar sülh danışıqları ilə razılaşmayacaqlar. «Ukrayna çaxnaşması tədricən öz məntiqi sonluğuna yaxınlaşır. Fəal anti-terror əməliyyatları davam edir, çünki onlar silahları yerə qoymaq istəmirlər» - Lubkivskiy Kiyevdə deyib.

Maliyyə nazirinin müavini Sergey Storçak bu gün bildirib ki, Rusiya sektorlar üzrə sanksiyalara «ciddi əks-tədbirlə» cavab verəcək. Dünən 28 Aİ ölkəsi razılığa gəliblər ki, sabahdan etibarən separatçıları dəstəkləyən daha çox rusa sanksiyalar tətbiq olunsun. Putin hökuməti isə sülh danışıqlarının aparılmasını tələb edir. Berlin divarının dağıdılmasından sonra bu, Rusiyanın ABŞ və avropalı müttəfiqləri ilə ən böyük qarşıdurmasıdır.

 

Körpülər dağıdılır

 

Donetsk əyalətinin şimalındakı Kramatorsk şəhərində 50-yə yaxın adam öldürülüb. Şəhərin vebsaytına görə, hökumət qüvvələri ötən həftə buranı ələ keçirmişdilər. Toqquşmalarda 140-dan çox adam xəsarət alıb, 22 nəfər hələ də xəstəxanadadır.

Rusyönümlü döyüşçülər ötən 24 saat ərzində Ukrayna mövqelərinə 12-dən çox hücum ediblər. Müdafiə Nazirliyinin nümayəndəsi Andrey Lısenkonun bildirdiyinə görə, Luqansk hava limanına tank hücumları olub. Hökumətin vebsaytında bildirilib ki, ordu ərazini geri qaytardıqdan bəri rusyönümlülər 7 körpünü, dünən isə 3-nü dağıdıblar. «Qiyamçılar mülki əhalini təhlükədə qoyaraq, əraziyə minalar yerləşdiriblər», - Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Ukrayna ordusu ötən bir neçə gün ərzində Slavyansk və Kramatorsk şəhərlərini geri alıb. Bu hökumətin 3 aylıq hücum kampaniyasının ilk qələbəsidir. Lısenko bildirib ki, hökumət qüvvələri Donetsk və Luqanska gedən bütün yolları bağlayıblar. Minlərlə döyüşçü və onlarla nəqliyyat vasitəsi, tanklar və zirehli avtomobillər iyulun 5-də daha böyük şəhərlərə çəkiliblər.

Onlar orada dayanmağa söz veriblər. Donetsk sakinləri hər gün atışma və partlayışlardan xəbər verirlər. Ukrayna ordusunun həmin şəhərlərə daxil olması asan başa gəlməyəcək. Lısenkonun sözlərinə görə, separatçıların başladığı Luqansk atışmalarında 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

 

Daha geniş sanksiyalar

 

Aİ bu yaxınlarda 61 nəfərin hesabını dondurmuş və səyahət qadağaları tətbiq etmişdi. Bu həftə qəbul ediləcək sanksiyalar bunun davamı olacaq.

16 iyul sammitində Rusiya sənayesi, investisiyası və ya ticarətinə sanksiyalar gözdən keçiriləcək. Daha geniş sanksiyalar həmrəylik tələb edir. Ona görə də İtaliya, Avstriya, Slovakiya, Fransa və Yunanıstan kimi ölkələrin etirazı sanksiyaların genişləndirilməsinə mane olub.

Dünən ABŞ prezidenti Barak Obama Fransa prezidenti Fransua Ollandla telefonda Ukrayna məsələsini müzakirə edib. «Ağ Ev» bəyanatına görə, liderlər razılığa gəliblər ki, ilk növbədə atəşkəs əldə olunmalıdır. Rusiya separatçılara dəstəyi dayandırmalıdır. Rusiya gərginliyi azaltmaq üçün heç bir addım atmasa, ABŞ və Avropa «Rusiyaya qarşı razılaşdırılmış tədbirlər görməlidirlər».

 

İnfrastrukturlara ziyan dəyib

 

Moskva banklararası valyuta birjası (MİCEX) Rusiyanın birja kursunun son 9 ayda 0,2 faiz möhkəmləndiyini göstərir. Bildirilir ki, Rusiya münaqişəyə müdaxilə etməməlidir. Ölkənin ən böyük qaz şirkəti «Qazprom» (OGZD) və neft hasil edən «Lukoil» (LKOH) şirkətlərinin hər biri 0,5 faizə yüksəliblər. Ukrayna qrivnası dollara nisbətdə 0,4 faiz bahalaşıb. Qrivnanın dəyəri bu il ümumilikdə 31 faiz aşağı düşüb. «Bloomberg» şirkətinə görə, bu, 170 valyuta arasında ən pis göstəricidir.

Ukrayna hökuməti bildirib ki, qiyamçıların dağıtdığı körpüləri bərpa etmək üçün 50 milyon qrivna (4,3 milyon dollar) tələb olunur. Üsyançılar ölkənin yollarına 230 milyon qrivnalıq ziyan vurublar.

Donetskin mərkəzindən 30 kilometr uzaqda, Novobaxmutovka adlı yerdə də partlayış olub. Nəticədə Slavyanska gedən əsas yolda dəmiryolu körpüsü dağılıb. Dünən yayılan şəkillərdə yük qatarının parçalarının havada elektrik xəttindən sallandığı görüntülənib.

 

BVF böhran proqramı

 

Brüsseldə Ukraynanın baş nazirinin müavini Vladimir Qroysman bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynaya 17 milyard dollarlıq krediti ölkəyə çox kömək edib. Buna baxmayaraq, ölkənin hələ də köməyə ehtiyacı var. «Ukrayna xalqı qəti şəkildə Avropa yolunu, Avropa ailəsini seçib, lakin bu bizə baha başa gəlir. Biz Rusiyanın təkcə hərbi səviyyədə deyil, ümumiyyətlə görünməmiş təcavüzünə rast gəlmişik», - o deyib.

Rusiya Ukraynanı vətəndaşların həyatının qorunması tələblərinə riayət etməməkdə günahlandırır. Həmçinin Aİ-ni «Kiyev hakimiyyətini cinayətkar siyasətdə» ittiham etməyə çağırır.

«Bizim mövqeyimiz budur ki, atəşkəs heç bir səbəbdən təxirə salınmamalıdır. Döyüşlər mülki əhaliyə böyük ziyan vurur. Qaçqınların sayı artır və mülki binalar dağıdılır», - Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sofiyada mətbuat konfransında bildirib.