Nazir «qaş düzəldəndə», polis «göz çıxardı»
Ramil Usubovun qəbuluna düşmək istəyən qadın «asayiş keşikçiləri» tərəfindən döyüldü
İnarə RAFİQQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... İlk ikisi üçün bilikdən çox həyasızlıq lazımdır
Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
-
Qanunda ədalət aramayın...
O, sadəcə, qaydalar, hərflər və durğu işarələri toplusudur
-
“Polisin güvənc yerinə çevrilməsi ...”
Vilayət Eyvazov nazir postunda ilk əməliyyat müşavirəsini keçirdi
-
25 illik xidmətin ən ali mükafatı
Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu
-
Dəbdə olan fırıldağ
Tanınmış mağazalar şəbəkəsi məşhur brendləri saxtalaşdırıraraq müştəriləri aldadırmış
-
Bakıda yol çökdü
FHN və DİN əməkdaşları hadisə yerində
-
Astara polisində ölüm
«Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb»
-
Millətçilərimiz niyə sekulyardı?
Din faktorunda Azərbaycan cəmiyyətinin qardaş türkiyəlilərlə fərqi …
-
Bütün bunları niyə edirik?
Din xadimlərinə maaş ödəməklə problemlər çözüləcəkmi?
-
Prezident generalı vəzifəsindən azad etdi
Daxili Qoşunların qərargah rəisi istefaya göndərildi
-
«Adəm ilk insan deyil»
Rəsul Mirhəşimli: «Azərbaycandakı ateistlər ancaq müsəlmanlara qarşı yönəliblər»
-
«Tapıb nə edəcəksiniz?»
Hacı Məmmədovun bacısı jurnalistləri qınadı: «Nəyinizə lazımdır Hacının qəbri, axtarmayın!»
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
İntihardan əvvəl məktub yazıbmış
Penitensiar Xidmət Hacı Məmmədovla bağlı açıqlama yaydı
-
«Dəqiq bilmirik - ölüb, ya yox»
Hacı Məmmədovun ailəsi: «Cəsədi hələ də bizə verməyiblər»
-
«Deyirlər, sağ-salamat oturub...»
Hacı Məmmədovun ailəsi onun intiharından xəbərsizdir
Daxili işlər naziri Ramil Usubovla görüşmək istəyən Aygün Süleymanova polis işçiləri tərəfindən döyülüb. Bu barədə virtualaz.org saytına Bərdə rayon sakini olan zərərçəkənin özü məlumat verib.
Himayəsində iki azyaşlı körpəsinin olduğunu deyən A.Süleymanova uzun illərdən bəri Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) və rayon prokurorluğunun əməkdaşlarından şikayətçi olduğunu bildirir: «Əslən Bərdə rayonunun Saatlı kəndindənəm. Kənddəki evimizdə hazırda anam yaşayır. Amma mülk mənim adımadır. Bir neçə il bundan əvvəl anam Bakıdan kəndə gedəndə görüb ki, tüfeyli həyat tərzi sürən qardaşı, yəni mənim dayım Aslan Quliyev qanunsuz olaraq evimizə girib və orada məskunlaşıb. 64 yaşlı anam Əzizə Quliyeva nə qədər çalışsa da onu mənzildən çıxara bilməyib. Dayım içki düşkünüdür, ailəsi yoxdur. İçkili olanda özünü apara bilmir, lüt vəziyyətdə evin içində gəzir. Bir stəkan arağa görə ona-buna nökərçilik edir.
Anam qardaşı Aslanı evdən uzaqlaşdırmaq üçün 102 xidmətinə, Bərdə RPŞ-yə dəfələrlə müraciət etsə də xeyri olmamışdı. Dayımı bir-iki gün şöbəyə aparıb saxlayandan sonra yenə də buraxırdılar. Bu adam 2012-ci ildə bıçaqla mənə hətta xəsarət də yetirmişdi. Sifətimdə həmin bıçağın izi indiyədək də qalır.
Bu il may ayının 7-də 11 yaşlı oğlum Mirmövsüm rayonda bağımızda gəzən zaman dayım uşağı da vurub. Uşaq zərbənin təsirindən yerə çöküb, bir müddət tərpənə bilməyib. Anam bir neçə saatdan sonra uşağı bağdan taparaq qucağına alıb evə gətirib. Aslanın qorxusundan uşağı niyə vurduğunu da soruşmayıb. Çünki Aslan evin içində dəfələrlə anamı, məni də döymüşdü. Bir sözlə, bu adam dincliyimizi əlimizdən alıb, anam da onun qorxusundan öz evində rahat yaşaya bilmir.
Bununla bağlı Bərdə rayon polisinə, rayon prokurorluğuna dəfələrlə müraciət etmişəm, amma heç bir tədbir görməyiblər. Oğlum həmin xəsarətdən sonra kor bağırsağından ağır əməliyyat keçirdi. Xəstəxanada oğlum mənə onu dayımın vurduğunu dedi. Uşağı xəstəxanada qoyub yollandım rayona».
A.Süleymanovanın sözlərinə görə, həmin ərəfədə DİN rəhbəri Ramil Usubovun Bərdə rayonunda səfərdə olduğunu eşidib. Rayona getməkdə məqsədi nazirlə görüşüb şikayətlərini ona çatdırmaq olub. Amma dediyinə görə, onu nazirlə görüşməyə qoymayıblar: «Bərdədə qeydiyyatda olduğuma görə nazirin o rayona getdiyini eşidəndə ərizəni və teleqramların surətini də götürüb rayona yollandım. Rayonda nazirin qəbuluna rəsmi qeydiyyat aparan şəxs şikayətlərimə baxmaq istədi. Mən də verdim. Polislər sənədlərə baxıb mənə «Sən kimsən ki, bizdən nazirə şikayət edirsən?» - dedilər və məni nazirin qəbuluna buraxmayacaqlarını qəti şəkildə bildirdilər. Kənara çəkildim, yarım saat keçəndən sonra 102-yə zəng vurub bu barədə məlumat verdim. Dedim ki, nazirə şikayətim var, amma məni onun qəbuluna buraxmırlar. Yenidən zəng vurmaq istədikdə əlimdən tutub qoymadılar. Bərdə RPŞ-nin Azər adlı polis mayorunun göstərişi ilə məni döyə-döyə sürüyüb Post-Patrul Xidmətinin maşınına saldılar. Əynimdəki paltar cırıldı, pis vəziyyətə düşdüm. Bir sözlə, məni şöbədən kənarlaşdırdılar. Yol polisinin inzibati binasına salıb qapını arxadan bağladılar, bir də nazir gedəndən sonra buraxdılar. Axşam saatlarında gətirdilər şöbəyə. Rayon prokuroruna zəng vurdum, telefonuma cavab vermədi. Polis şöbəsinin həyətində prokurorun müavini Telman müəllimə yaxınlaşıb dərdimi demək istədim, məni dinləməyib maşını sürüb getdi. Rayon polis şöbəsinin rəisi həyətdə olduğumu görüb üstümə qışqıraraq belə dedi: «Az, sən kimsən ki, bizdən şikayət edəsən? Nə qədər ki mən burdayam, sənin kimilər burda heç kimdir. Götürün bunu, 296-cı maddə ilə cinayət işi başlayın, özünü də salın KPZ-yə. Məcbur eləyin 102-yə zəng vurub desin ki, heç nə olmayıb, əsəbiləşib zəng vurmuşdum».
Rəisin bu sözündən sonra məni əşya kimi sürüyüb qaldırdılar üçüncü mərtəbəyə, Azər adlı mayorun yanına. Azər mənə «götur 102-yə zəng vur, de ki, əsəbiləşmişdim» deyə əmr etdi. Dedim zəng vurmayacam. Onda «Yaz ki, əməllərimdən peşmanam» dedi. Dedim yazmayacam, məni döymüsünüz. Şəxsiyyət vəsiqəmi istədi, verdim, amma sonra qaytarmadı. Sonra da dedi ki, «həftənin birinci günü gələrsən, məhkəməndir, KPZ-yə düşərsən, ağlın gələr başına».
Həftə sonu idi. Gəldim Bakıya. Xəstəxanaya oğlumun yanına getdim. Sonra döyülməyimlə bağlı tibbi ekspertizadan keçdim. Bədənimdə çoxsaylı xəsarətlərin, göyərmələrin olması açıq-aydın görünürdü».
Baş verənlərlə bağlı DİN-ə, Prezident Administrasiyasına, Baş Prokurorluğa çoxsaylı müraciətlər etdiyini deyən A.Süleymanova indiyə qədər heç bir cavab almadığını bildirir: «Vəziyyətim çox acınacaqlıdır. Himayəmdə iki azyaşlı uşağım var. Bir tüfeyli oturub mənim evimdə kef eləyir, qoca anam zillət içərisindədir, polis bu adamı evdən çıxara bilmir, amma məni döyürlər. Bu günlərdə yenə də Baş Prokurorluğa müraciət etmişəm. Əgər bu cür davam edərsə, mən körpələrimi də götürüb vətəndaşlıqdan imtina edəcəyəm. Çünki başqa çarəm yoxdur».
Virtualaz.org saytının müxbiri A.Süleymanovanın səsləndirdiyi bu ittihamlara münasibət öyrənmək və məsələyə aydınlıq gətirmək üçün Bərdə Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb.
Bərdə RPŞ-dən bildirdilər ki, A.Süleymanovanın bu ittihamlarının heç bir əsası yoxdur: «Vətəndaş Süleymanovanın bir məqsədi var - o da dayısı Aslan Quliyevi həbs etdirməkdir. Bəs polis bu günahsız adamı, yəni Quliyevi hansı əsasla həbs etsin? Süleymanovanın iddiasından belə çıxır ki, polis kiminsə sifarişi və arzusu ilə günahsız vətəndaşı həbs etməlidir. Bu isə təbii ki, absurddur və o xanımın ittihamlarının əsassız olduğunu bir daha sübut edir».