Qapıları bağlıdır
Banklar qapadıldı, kreditlər hara və necə ödəniləcək…
ÜLVİYYƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AMB uçot dərəcəsini endirib
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
“Xahiş edirik ...”
Mərkəzi Bankdan xəbərdarlıq
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Mərkəzi Bankın qanunsuz kreditləri
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
-
Mərkəzi banka yeni sədr təyin olundu
Taleh Kazımovun dosyesi...
-
Rəqəmsal bankçılığın əngəli qalxdı
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
-
Bank sektorunda canlanma gözlənilir
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
-
ARKM sözünü tutmur
Mərkəzi Bank Konstitusiya Məhkəməsinin qərarlarını qabaqcadan necə bilir?
-
“İlk 10-luqda olmayıblar”
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
-
Manatın materialı dəyişəcək
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
-
Nəzarət səlahiyyəti Mərkəzi Banka qayıdır...
... Rotşildlər isə Azərbaycana gəlir?
-
Başbankirin sevmədiyi kəlmə
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
-
Xaricdən göndərilən pulda artım
Bu rəqəm ötən ilə nisbətən 225, 2016-dan isə 391 milyon dollar çoxdur
-
Xalqı soyan lombardlar…
… Yaxud qanunsuz bank fəaliyyəti
-
Dollar hamını təzyiq altında saxlayır
Bütün dünya FED rəhbərlərinin açıqlamalarını gözləyir
Azərbaycan Mərkəzi Bankı (AMB) ötən həftə bir neçə kommersiya bankının lisenziyasını geri aldı.
Bağlanmış banklardan biri - «NBC bank» fəaliyyətini yenidən bərpa etsə də, «Qafqaz İnkişaf Bankı» ASC, «Atrabank» ASC, «Gəncəbank», «Bank of Azerbaijan», «United Credit Bank», «Texnikabank»ın barəsində verilən qərar qüvvədə qaldı. Bundan sonra müəyyən suallar yaranıb. Bank bağlandığı halda müqavilə şərtləri dəyişə və ya kreditin ödəniş müddəti borclunun razılığı olmadan dəyişdirilə bilərmi? Və ya uzunmüddətli kreditlər bundan sonra hara və necə ödəniləcək?
Vəkil Əkrəm Həsənov virtualaz.org saytına bildirib ki, ləğv edilmiş banklardan kredit götürənlər borcunu əvvəlki qaydada qaytaracaq. Bank müştərilərin razılığı olmadan kreditin müqavilə şərtlərini dəyişə bilməz və borcluları da buna məcbur edilə bilməzlər: «Banka olan kreditlər bankın aktividir, yəni əmlakıdır. Bankın borcları həmin aktivlər hesabına ödənilməlidir. Bu aktivləri ləğvetmə komissiyası idarə edəcək. Bir qayda olaraq, başqa banklara satacaq».
Məsələn, 10000 manat məbləğində krediti fəaliyyət göstərən digər banka 9000 manat məbləğinə satacaqlar. Əldə edilən vəsait hesabına bankın borcları ödəniləcək.
Vəkil deyir ki, borc alan da artıq yeni banka borclu olacaq. Lakin kredit müqaviləsini bağladığı ilkin şərtlər keçərli sayılacaq. Kredit satılanadək isə borc alan krediti ləğvetmə komissiyasına ödəyəcək.
Qeyd edək ki, ləğv edilmiş bankların bütün filiallarının qapıları bağlıdır. Müştərilər yalnız mərkəzi ofislərə gedərək kredit ödəyə bilirlər. Banklardan telefon zənglərinə də cavab verilmir. «NBC bank» bu gün fəaliyyətini bərpa etdiyinə dair rəsmi məlumat yaysa da, bankın mərkəzi ofisindən, eləcə də filiallarından telefonlara cavab verilmir. Müştərilər isə gecikmiş kreditlərə görə faizlərin hesablanmasından narahatdırlar. Yalnız «NBC bank»ın Nəsimi filialında kreditlərin mərkəzi ofisə ödənilməli olduğuna dair elan vurulub.