vaxtlı-vaxtında oxuyun! Cümə, 7 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
Avrozonada inflyasiya yavaşlayır 14:25 | 1 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avrozonada inflyasiya yavaşlayır

Baza artımı 2,6 faizdən 2,4 faizə enib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Mərkəzi Bankının inflyasiyası martın 2-də yavaşladı. Avrozonada istehlak qiymətləri indeksi mart ayında əvvəlki ilə nisbətən 2,2 faiz artıb. “Bloomberg”in sorğusuna qatılan iqtisadçılar da bunu proqnozlaşdırıblar.

Fevralda illik inflyasiya 2,3 faiz artıb. Baza inflyasiyanın artımı da 2,6 faizdən 2,4 faizə enib. Ən yüksək qiymət artımı yüzdə 3,4 ilə xidmətlər sektorunda qeydə alınıb. Bunu 2,9 faizlə qida, alkoqol və tütün məmulatları, 0,6 faizlə qeyri-enerji sənayesi məhsulları və mənfi 0,7 faizlə enerji məhsulları izlədi.

Avropa Mərkəzi Bankı ötən ilin iyun ayından bəri faiz dərəcələrini altı dəfə aşağı salıb. İqtisadiyyatın durğunluğunu, enerji qiymətlərinin düşməsini və avronun bahalaşmasını nəzərə alaraq, investorlar bankın aprelin 17-də keçiriləcək iclasında oxşar addım atacağını gözləyirlər. Lakin ABŞ-la yaxınlaşan ticarət müharibəsi avrozona iqtisadiyyatı üçün fundamental təhlükə yaradır.