vaxtlı-vaxtında oxuyun! Cümə, 25 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
AMB tənəzzül gözlənilmir 09:59 | 25 aprel 2025 | Cümə Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AMB tənəzzül gözlənilmir

“Dollarının ehtiyat valyuta statusunu itirəcəyi narahatlıqları şişirdilib”

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Mərkəzi Bankının (AMB) baş iqtisadçısı Filip Leyn ticarət gərginliyinin avrozonada resessiya səbəb olacağını gözləmir.

Leyn cümə axşamı “Bloomberg” Televiziyasına bildirib ki, ABŞ prezidenti Donald Trampın tariflərinin iqtisadi artımı cilovlayacağı gözlənilsə də, 20 ölkəni əhatə edən blokun digər ticarət tərəfdaşları var və avtomatik olaraq resessiyaya girməyəcək.

“Azalma var, lakin qeyd etmək lazımdır ki, bu, bir qədər kiçik azalmadır. Bu, hələ də inkişaf edən iqtisadiyyatdır”, – Leyn deyib. AMB hazırda 2025-ci ildə ümumi daxili məhsulun 0,9 faiz artacağını proqnozlaşdırır, lakin iyun ayında keçiriləcək siyasət toplantısında gözləntiləri yeniləyəcək.

BVF bu həftə region üzrə proqnozunu 1 faizdən 0,8 faizə endirib. “Bu il daha çox faiz endirimi ola bilər, lakin rəqəmlər hələ də bəlli deyil”, – Avstriya AMB üzvü Robert Holzmann CNBC-yə bildirib.

AMB İdarə Heyətinin üzvü Klaas Knot, son iqtisadi şokların orta müddətli təsirlərinin qeyri-müəyyən qalması səbəbindən faiz dərəcələrini aşağı salaraq iqtisadiyyatın stimullaşdırılmasına ehtiyac görmədiyini deyib. Hollandiya mərkəzi bankına da rəhbərlik edən Knot, inflyasiyanın əvvəllər düşünüldüyündən daha sürətli yavaşlaya biləcəyini, lakin ticarətin kəsilməsinin və Avropanın müdafiə və infrastrukturuna artan xərclərin uzunmüddətli təsirlərinin “daha qeyri-müəyyən” olduğunu söyləyib.

Bu arada İngiltərə Bankının (BOE) rəhbəri Endrü Beyli ABŞ dollarının ehtiyat valyuta statusunu itirəcəyi ilə bağlı narahatlıqların “şişirdilmiş” olduğunu bildirib. Beyli dünən ABŞ-ın qlobal iqtisadiyyatdakı hökmranlığının təhlükə altında olduğuna dair xəbərdarlıqlar fonunda, “Ehtiyat valyuta statusunu dəyişdirmək üçün böyük bir transformasiya tələb olunacaq”, – dedi.

“Bu, təkcə valyutanın dəyəri ilə bağlı deyil. Söhbət həm də ABŞ Xəzinədarlığı istiqrazları kimi girov kimi istifadə edilə bilən təhlükəsiz aktivlərdən gedir”, – BOE Qubernatoru bildirib.