vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
“Arxayın olmamalıyıq” 22:17 | 28 mart 2025 | Cümə Məqaləyə 36 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Arxayın olmamalıyıq”

İki AMB rəsmisi inflyasiya və Tramp siyasətləri haqqında xəbərdarlıq edir

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Yoaxim Nagel deyib ki, “hətta yeni məlumatlar düzgün istiqamətə işarələr etsə belə, səlahiyyətlilər inflyasiya hədəflərinə çatmaq imkanlarına həddən artıq arxayın olmamalıdır”.

Estoniya Mərkəzi Bankının sədri və AMB İcraiyyə Şurasının üzvü Madis Müller Trampın ticarət siyasətinin çətinliklər yaratdığını bildirib.

Frankfurtda keçirilən paneldə çıxış edən Bundesbank prezidenti Nagel bildirib ki, bu il 2 faizlik inflyasiya hədəfinə qayıdış mümkün görünsə də, xüsusilə qeyri-müəyyənliyin artması fonunda siyasətçilər ehtiyatlı davranmalıdırlar.

Fransa və İspaniyada mart ayı inflyasiya rəqəmlərinin gözləntilərin altında çıxmasından sonra danışan Nagel, ölkələrin son rəqəmlərinin ümidverici olduğunu söylədi: “Amma ümumiyyətlə, hədəf əldə edilə bilən görünəndə, siz həddindən artıq optimizmə meylli olursunuz”.

Nagel, qərar verərkən məlumatlara baxacaqlarını bildirib.

Digər tərəfdən, Madis Müller başqa bir yerdə etdiyi açıqlamada ABŞ prezidenti Trampın ticarət siyasətlərinin AMB üçün çətinlik yaratdığına diqqət çəkib. Yeni vergilərin mürəkkəb nəticələrə gətirib çıxara biləcəyini qeyd edən rəsmi indiki vəziyyətdə hər cür gözlənilməz hadisələrin baş verməsi mümkün olduğunu vurğulayıb.

"Əgər Tramp bütün Avropa mallarına 25 faizlik gömrük rüsumları tətbiq etsə və bunun tezliklə baş verməsi ehtimalı var, o zaman sual yaranır ki, bu, Avropanın mümkün əks tədbirləri nə məna daşıyacaq. Ümumiyyətlə, bu cür tariflər və ticarət məhdudiyyətləri iqtisadiyyat üçün pisdir, sürəti ləngidir və digər tərəfdən, inflyasiyanın bir qədər yüksək ola biləcəyi anlamına gələ bilər”, – Müller deyib.

AMB-nin növbəti addımı ilə bağlı rəsmilər arasında müxtəlif fikirlər var. Bəzi siyasətçilər apreldə inflyasiyanın 2 faizə yaxınlaşması və iqtisadiyyatın mübarizə aparması ilə başqa bir addımı dəstəkləsələr də, digərləri ticarət gərginliyindən və Avropanın müdafiə xərclərinin artması ilə bağlı riskləri əsas gətirərək ehtiyatlı olmağı tələb edirlər.

AMB iyun ayından bəri faiz dərəcələrini 6 dəfə 25 əsas bənd azaldıb.