vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:48 | 4 aprel 2016 | Bazar ertəsi Məqaləyə 1125 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyan qaçır...

Ermənistanda «Qarabağ bizə lazım deyil» mitinqləri başlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 1-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi hissələrini atəşə tutması bu ölkənin özünə baha başa gəlib. Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinə cavabı nəticəsində bir neçə strateji yüksəklik geri alınıb. Hətta rəsmi təsdiqini tapmasa da, Azərbaycanın işğal altında olan bir neçə rayonunu ermənilərin boşaldaraq qaçdığı erməni mətbuatında belə təsdiqlənir. Bunu yaxın zamanlarda rəsmi tədqiqini tapacağı gözlənilir.

Məsələnin ciddiliyindən xəbər verən məqamlardan biri də Ermənistanın indiki dövlət başçısı Serj Sərkisyanın bu gün kompromis variantı irəli sürməsidir. Demək olar ki, bu günə qədər kompromisdən qaçan, bunu heç cür yaxın buraxmayan Ermənistan, onun rəhbərinin birdə-birə bu qənaətə gəlməsi heç də təsadüfi sayıla bilməz.

Azərbaycanın işğal edilmiş rayonlarından Ermənistana qaçan ermənilər İrəvanda etirazla qarşılanıblar.

Artıq Qarabağ ermənilərinə qarşı İrəvanda etirazlar başlayır. Üstəlik Ermənistanın çox ciddi itki verərək işğal edilmiş bölgələri məcburən azad etməsi yerli erməniləri hiddətləndirib. Onlar bu qədər tökülən qan qarşısında torpaqların azad edilməsini qəbul etmirlər.

Sərkisyandan Qarabağdakı mövcud vəziyyətin hesabatı istənilir. Ancaq Sərkisyan rejimi həm mövcud vəziyyəti, həm də məhv edilən erməni hərbçilərinin sayını gizlədir.

Hərbi mənbələrdən Modern.az-ın əldə əldə etdiyi məlumata görə, artıq Sərkisyan rejimi birmənalı olaraq dalana dirənib. Sadə ermənilərə xoşbəxt gələcək vəd edən Sarkisyan rejimi nəticədə erməniləri bədbəxt gələcək bəxş edib.

Çarəsiz qalan Sərkisyan rejimi bundan yeganə çıxış yolu kimi Ermənistandan qaçması üçün yollar axtarır. Hətta sabah Sərkisyanın ölkədən qaçacağını və xaricdən bəyanat verərək istefaya getdiyini bəyanlayacağı gözlənilir.

Ermənistanda isə sabah «Qarabağ bizə lazım deyil», «Övladlarımızı bizə verin» kimi şüarlarla kütləvi aksiyaların başlayacağı gözlənilir.

Modern.az