vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
23:55 | 22 yanvar 2017 | Bazar Məqaləyə 1403 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər Özbəkistan hakimiyyətinə təzyiq edir

Özbək tarixçisini Azərbaycana görə cəzalandırmaq istəyirlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Özbəkistanın Baş Prokurorluğu Ermənistan hakimiyyəti və erməni icmasının təzyiq altında məşhur özbək tarixçisi və tədqiqatçısı Şuxrat Salamov barəsində cinayət işi qaldırmaq niyyətindədir.

Virtualaz.org xatırladır ki, Şuxrat Salamov «Qarabağ: ideyalar müharibəsi» kitabının müəllifidir. Kitabda erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb.

Salamov həmçinin «Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər» kitabının müəllifidir. Burada ermənilər tərəfindən özbəklərlə bağlı törədilən qətliamdan bəhs olunur.

İndi Şuxrat Salamov barəsində rəsmi İrəvanın və erməni icmasının təsiri ilə millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə cinayət işi qaldırmaq istəyirlər. Artıq tarixçini Özbəkistan Baş Prokurorluğuna çağırıblar. O, sabah orada olmalıdır.

Eyni zamanda Özbəkistanda Şuxrat Salamova qarşı əsl kampaniya başlayıb. Erməni icmasının nümayəndələri hətta onun evinə hücum edərək şüşələrini sındırıblar.

Vəkil Muxtar Mustafayev virtualaz.org-a bildirib ki, özbək aliminin təqibi ilə bağlı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə artıq məlumat verilib. Yeri gəlmişkən, informasiyanı səfir özü də təsdiq etdi.

Haqqin.az və virtualaz.org saytlarının redaksiyaları isə özbək tarixçisinə qarşı başlanmış təqib kampaniyasından narahatçılığını bildirir və bu məsələni nəzarətə götürürlər.

VAXT.AZ sabah bu məsələ ilə bağlı Azərbaycan Baş Prokurorluğunun rəsmi mövqeyini təqdim edəcək.