«Rusiya bizi satdı»
Erməni ekspert: «Nəinki Qarabağda, hətta Zəngəzurda da heç kim qalmayacaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
“Araza nəzarəti ələ keçirə bilər”
İranın Zəngəzur dəhlizi və “Böyük Azərbaycan” dərdi
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Ucuz və tez ...
Zəngəzur dəhlizi yüklərin daşınması üçün çox sərfəli olacaq
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü ərəfəsində Ermənistanda yenidən Kremlin «İrəvana təzyiqlərindən» danışılmağa başlanıb.
«Əgər erməni tərəfi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı əraziləri güzəştə getsə, heç bir ikinci variant və ya iradə olmayacaq: Qarabağda, hətta Zəngəzurda heç kim qalmayacaq». Musavat.com-un erməni mediasına istinadən yaydığı məlumata görə, belə bir açıqlama ilə «Modus Vivendi» analitik mərkəzinin rəhbəri, ekspert Ara Papyan çıxış edib.
Onun sözlərinə görə, hər şey birinci mərhələdə bitəcək və hər şeyi yaxşı təsəvvür edir. XİN rəhbərlərinin 28 aprel Moskva görüşündən gözləntiləri barədə sualın cavabında Papyan Bakının prinsipial mövqeyinə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan tərəf dəfələrlə təkid edib və təkid edir ki, onun üçün səmərəli həll yolu Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasından keçir. Bu mənada ekspert qarşıdakı görüşdən müsbət gözləntilərinin olmadığını deyib. Əlavə edib ki, qarşıdakı istənilən görüş Rusiyanın Ermənistana təzyiqlərlə müşayiət olunacaq ki, İrəvan şərti adı «Lavrov planı»ndakı güzəştlərə getsin.
«Açıq-aydın görünür ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə girməsilə biz ən güclü kartı Rusiyaya vermişik», - deyən Papyanın iddiasına görə, bu gün Moskva Azərbaycanın Avrasiya Birliyinə üzvlüyünə nail olmasından ötrü Qarabağ kartından yararlana bilər. «Bunun üçün yeganə məsələ Qarabağdır. Rusiya artıq Qarabağla bağlı 1921-ci il ssenarisini təkrar etmək haqqında açıq danışır. Onlar bunu həyata keçirə biləcəklərmi, mən bilmirəm», - ekspert əlavə edib.
Vaxtaşırı «Rusiya bizi satdı» şivənini qoparan erməni ekspertlər tarixi saxtalaşdırmağa adət etdiklərindən, 1920-21-ci illərin əslində Azərbaycanın tarixi üçün qara səhifələrdən ibarət olduğunu ört-basdır etməyə, özlərini «zərərçəkən» kimi göstərməyə çalışırlar. Əslində isə o zaman, 1920-ci ilin 28 aprelində dövlətimizi süquta yetirən Sovet Rusiyası 100 min kv.km-lik Azərbaycan ərazilərinin böyük bir hissəsini - Zəngəzuru mahalını qoparıb Ermənistana bağışladı. Növbəti il isə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaqla ermənilərin gələcək iddialarına da zəmin yaratdı.