
“Faizin aşağı düşməsi müsbət faktordur”
Nazir dövlət istiqrazlarından danışdı
Nazir dövlət istiqrazlarından danışdı
“Biz sizə güzəşt etmişik, indi siz də işçilərinizə daha yüksək əməkhaqqı verin”
Manatın ucuzlaşması ixracın artımına gətirməyib, əvəzində idxal azalıb
Təhsil krediti, yoxsa təhsil müavinəti?
Manatın xilası real sektorun dəstəklənməsindən keçir
Hərrac olacaq
Seçkidən sonra hakimiyyət komandasında olmayacaq məmurlar
Maliyyə naziri: «2018-ci ilin büdcəsində təhsilə böyük artım var»
Maliyyə nazirindən sensasion açıqlama: «Vəziyyəti düzəltmək üçün SOCAR-a pul ayrılacaq»
Samir Şərifov: «Azərbaycanın hava əlaqəsi olduğu şəhərlərin sayı 100-ə çatdırılacaq»
Maliyyə naziri BVF və DB-nin toplantılarına qatılacaq
Ələt limanının tikintisində qorxunc maxinasiyalar, işıqlı projelər qaranlıq sularda necə batırılır
ABB vasitəsilə milyardlarla dolların mənimsənilməsinin qarşısını ala bilməməsi bir yana...
Agentlik haqqında yayılan informasiyanı təkzib etdi
«Moody’s» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankı haqqında...
Samir Şərifov hər şeyi təkzib edir...
Prezident İlham Əliyev «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmanla təsdiq edilmiş Əlavə II – «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə» üzrə 8.31-ci bəndə «borclarının» sözündən sonra «, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasının» sözləri əlavə edilir.
Aşağıdakı məzmunda 8.31-1-ci bənd əlavə edilir:
«8.31-1. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək;».
Həmin fərmanla təsdiq edilmiş Əlavə IV – «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 8.22-1-ci və 8.22-2-ci bəndlər əlavə edilir:
«8.22-1. dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;
8.22-2. dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək;».