Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
18:06 | 19 iyun 2017 | Bazar ertəsi
Məqaləyə 2854 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Yaxın Şərqdə Qətər böhranının ciddi təsirləri müşahidə olunmağa başlayıb.
Azad Suriya Ordusu (ASO) daxilində parçalanma yaranıb və qurumun tərkibindəki bəzi qruplar silahı bir-birinə qarşı çevirib. Əl Babda bu qruplar arasındakı döyüşlərdə azı 33 silahlının öldüyü, 55 nəfərin yaralandığı bilgisi var. Bundan başqa, ASO tərkibindəki bəzi qrupların Əsəd qüvvələrinə, bəzilərinin isə YPG-yə qatıldığı bildirilir. Güman olunur ki, baş verənlərin əsas səbəbi Qətərdan gələn maliyyənin kəsilməsi ilə əlaqədardır. Silahlı qruplar arasında inam güclənib ki, Suriyanın gələcəyində Əsəd rejimi ilə kürdlər söz sahibi olacaq.
Bilirsiniz ki, ASO Türkiyənin Suriya vakxanaliyasında istifadə etdiyi əsas alət və apardığı «vəkalət savaşı»nda arxalandığı əsas gücdür. Bu gücün zəifləməsi, hətta dağılma təhlükəsinin yaranması bölgədə «oyun qurucu» olmaq iddiası ilə Suriya macərasına atılmış Türkiyənin onsuz da zəifləmiş mövqelərinə sarsıdıcı zərbə ola bilər.
İndi gələk Türkiyənin Qətər böhranı ilə bağlı vasitəçilik səylərinə...
Ötən həftə Çavuşoğlu bölgədə idi. Qətər, Küveyt və Səudiyyə Ərəbistanına getdi. Səudiyyə kralı ilə söhbətin təfərrüatları təbii ki, məlum deyil, amma səfər zamanı TRT müxbirinin yerli polis tərəfindən saxlanılaraq Çavuşoğlunun şəxsən kraldan onun buraxılmasını xahiş etməsindən sonra azad edilməsi faktı yəqin ki, səfərin necə keçdiyini və səudların Ankaranın vasitəçiliyinə münasibətini anlamaq baxımından yetərlidir.
Başqa bir mühüm fakt: Səudiyyə Ərəbistanı Türkiyənin «Milgem» (milli gəmi) layihəsi çərçivəsində 4 gəmi sifariş etmişdi. 2 milyard dollarlıq layihə idi. Lakin Səudiyyə tərəfi səssiz-səmirsiz bu sifarişini ləğv edib. Bu hadisə Səudiyyə və onun liderliyindəki koalisiyanın Qətərə qarşı demarşa hazırlaşdığı bir vaxtda baş verib. Əslində bu ölkələrin Qətərə yönəltdiyi ittihamların bir ucu da Türkiyəyə çatır. Çünki bölgədə «İhvan» («Müsəlman qardaşlar») platformasındakı qüvvələrin Qətərlə birlikdə əsas himayəçisi məhz Türkiyədir. Səudiyyə və onun ətrafında formalaşmış ittifaqın Qətərə bu məsələdə təzyiq göstərib, Ankaranın eyni istiqamətdəki siyasətini görməzdən gəlməsi mümkün deyil. Yəqin ki, Türkiyəyə təzyiqlər davam edəcək, amma bunlar bir az görünməz şəkildə, pərdə arxasında baş verəcək.
Bir sözlə, Türkiyənin regional siyasəti «ərəb saçı»na dönüb...