Trampın oğlu nişanlandı
ABŞ prezidenti bankirlə quda olur
10:36 | 7 avqust 2017 | Bazar ertəsi
Məqaləyə 1892 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Qarabağın mərkəzi şəhəri Pekinin adaşıdır?!
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
«The Guardian» qəzetində təhlilçi-jurnalist Meri Dejevski (Mary Dejevsky) BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya dair qətnaməsinin yekdilliklə qəbulundan təəccübünü gizlədə bilmir.
Necə oldu ki, Şimali Koreya üzərinə, kömür, dəmir filizi və qurğuşun ixracının qadağanı da daxil, ağır cəzalar qoyan 2371 nömrəli qətnaməni Rusiya və Çin də dəstəklədilər?
Ən böyük sual Çinin səsvermədə necə hərəkət edəcəyi idi. Əlbəttə, veto ağlabatan görünmürdü, lakin Pekin onun iqtisadiyyatını az da olsa təsirləndirəcək sənədin səsverməsində bitərəf qala bilərdi.
Amma sonunda Çin bu qərara gəldi ki, Şimali Koreyadan qaynaqlanan nüvə silahı təhlükəsi bütün başqa mülahizələrin üstündən xətt çəkir.
Burası da var ki, Çin bu qətnaməyə səs verməməklə özü qəzəb və qınaq hədəfinə çevrilə bilərdi. Digər tərəfdən qətnaməyə səs verməklə Pekin beynəlxalq konsensusa qoşulmuş olacaqdı.
Rusiyanın da bu qətnaməyə səs verməsinə elə-belə baxmaq olmaz. Moskva Şimali Koreyanı nüvə təhlükəsi hesab etsə də, o çox nadir hallarda «beynəlxalq yoldaşlığı» özünün prioriteti edir. Üstəlik də ABŞ Rusiyanın üzərinə yeni, daha sərt sanksiyalar qoyan qanunu təzəcə qəbul etmiş və Moskvanı qəzəbləndirmişdi. Amma buna baxmayaraq Rusiya diqqətini daha böyük təhlükəyə yönəltməyə üstünlük verdi.
Dejevski yazır ki, nəticədə beynəlxalq sistemin əslində necə işləməli olduğu nümayiş etdirildi. Bu isə son illərdə çox nadir hallarda baş verib. Bu nəticə həm də Tramp administrasiyası üçün diplomatik zəfər sayıla bilər.
Elə ABŞ-ın özü də xarici siyasətində BMT-yə elə də böyük əhəmiyyət vermir, amma bu dəfə o da beynəlxalq qaydalarla oynamağa üstünlük verdi.
Dejevskinin fikrincə, bu, dövlət katibi Reks Tillersonun tədbirliliyi sayəsində mümkün olub. O bu səsvermədən əvvəl Dövlət Departamentində etdiyi çıxışında Şimali Koreyanın birbaşa qonşularına aydın mesajlar verib.
Tillerson deyib: «Biz rejim dəyişikliyinə çalışmırıq. Biz rejimin çökməsinə çalışmırıq. Biz yarımadanın birləşdirilməsinə də tələsmirik. Biz qoşunlarımızı 38-ci paralleldən şimala göndərmək üçün bəhanə də gəzmirik».
Bununla da Tillerson ilk növbədə Çin və Rusiyanı sakitləşdirmiş olub.
Dejevski yazır ki, bu çıxışla Tillerson Çin və Rusiyanın ürəyindən olan başqa mesaj da verib. O işarə edib ki, Şimali Koreyanın nüvə proqramı barədə danışıqlar mümkündür.
Məqalədə deyilir ki, «belə görünür, Rusiya və Çinin qətnamənin lehinə səs verməsi onun mətninin güzəştlilik ruhunda yazılması olub. Bu qətnamədə altıtərəfli formatda danışıqların keçirilməsi nəzərdə tutulur».
«Necə olursa, olsun bu qətnamənin qəbulu beynəlxalq birlik üçün yaxşı xəbərdir», Dejevski yazır.