Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
17:19 | 23 noyabr 2017 | Cümə axşamı
Məqaləyə 3580 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Avropa İttifaqının sabah Brüsseldə başlayacaq «Şərq tərəfdaşlığı» sammiti növbəti dəfə «Putin xofu» altında keçəcək. Virtualaz.org qeyd edir ki, ilk dəfə bu sammitə dəvət alan Belarus prezidenti Aleksandr Lukaşenko «Putini qıcıqlandırmamaq üçün» Brüsselə getməyəcək. Belarus nümayəndə heyətinə xarici işlər naziri Vladimir Makey başçılıq edəcək.
Lukaşenkonun ilk dəfə «Şərq tərəfdaşlığı» sammitinə dəvət alması Minskin Qərblə münasibətlərində müəyyən istiləşmə sonunda baş vermişdi və hesab edilirdi ki, «Batka» bu şansı əldən buraxmaz. Gözlənilirdi ki, Avropa ilə münasibətlərinin normallaşdığını və daha onu «Avropanın sonuncu diktatoru» hesab etmədiklərini göstərmək üçün bu sammitə qatılacaq. Lakin Lukaşenko bu fürsətdən istifadə etməməyi qərara alıb.
Belarusun «Azadlıq uğrunda» müxalifət hərəkatının lideri Vladimir Qubareviç «Gazeta Wyborcza» (Polşa) qəzetinə açıqlamasında deyib ki, Rusiya Belarusun Qərblə hər hansı yaxınlaşmasına əsəbi reaksiya verir. Görünür bu səbəbdən Lukaşenko Putini «yersiz qıcıqlandırmamaq üçün» sammitə qatılmamağı qərara alıb.
Doğrudan da Rusiya «Şərq tərəfdaşlığı» təşəbbüsünü özünə təhdid hesab edir və bu təşəbbüsü əngəlləmək üçün hətta hərbi qüvvələri belə işə salmağa hazır olduğunu nümayiş etdirib. Xatırlatmaq kifayətdir ki, Krımın ilhaqına və Donbasda müharibəyə aparıb çıxaran hadisələr məhz Kiyevin «Şərq tərəfdaşlığı» təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə Assosiasiya razılaşması imzalamasına görə başlamışdı.
Kiyev ərazilərinin bir hissəsinin itirilməsi hesabına Assosiasiya razılaşmasını imzalayıb. Amma prezident Petro Poroşenko da deyəsən Brüssel sammitinə qatılmayacaq. Səbəb isə bu dəfə Putin deyil, sammitin yekun bəyannaməsinin mətnidir. Həmin mətndə Ukraynanın Avropa İttifaqına üzvlüyü perspektivləri barədə xeyli dumanlı ifadələr yer alır və Kiyev bundan narazıdır. Nəticədə prezident Poroşenko sammitə qatılmamaq kimi demarşa gedə biləcəyinə dair mesaj verib. Amma bu mesaj Brüsseldə deyəsən heç kimi narahat etməyib və diplomatlar yekun bəyannamənin mətnində Poroşenkonun tələb etdiyi dəyişikliyi etmək niyyətində deyillər. Bu baxımdan Ukrayna prezidentinin sammitdə iştirakı məsələsi açıq qalır.
Sammitin yekun bəyannaməsinə Azərbaycan və Ermənistan da etiraz edir. Xəbər verildiyi kimi sənəddə Dağlıq Qarabağ münaqişəsinə dair tərəflərin diametral zidd təkliflərinə yer verməmək üçün diplomatlar təşəbbüsə qoşulmuş ölkələrdəki münaqişələr barədə ad çəkmədən ümumi frazalara yer veriblər. Nəticədə Azərbaycanın, yaxud Ermənistanın yekun sənədi imzalamaqdan imtina edə biləcəyi haqda narahatlıqlar var. Hansı ki, 2015-ci ildə Azərbaycan prezidenti yekun bəyannamədə Qarabağa dair Bakını qane edən müddəaların əksini tapmamasına etiraz olaraq «Şərq tərəfdaşlığı»nın Riqa sammitinə qatılmamışdı.
Sammitin yekun bəyannaməsi ilə bağlı gözlənilən böhranla yanaşı Ermənistanın Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq razılaşmasının taleyi də son ana qədər bəlli deyildi. Bu razılaşma paraflanıb və Brüssel sammitində imzalanacağı elan edilib. Lakin Putin Sərkisyana belə səlahiyyət veribmi? Məsələ Putinin sammit ərəfəsində Moskvada Sərkisyanla görüşündə müzakirə olunub, amma bu sual açıq qalır, xüsusən də nəzərə alanda ki, Rusiya Müdafiə Nazirliyinin telekanalı «Zvezda» həmin razılaşmaya görə Ermənistan hakimiyyətini çox sərt tənqid, hətta təhdid edib. Ukraynanın taleyini xatırladıb və Ermənistan rəhbərliyinin faşist Qaregin Nidjenin yolu ilə getdiyini vurğulayıb. Bu baxımdan istisna deyil ki, Ermənistan prezidenti 2013-cü ildə olduğu kimi növbəti dəfə Avropa İttifaqı ilə razılaşmanın imzalanmasından son anda imtina etsin.