Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
13:13 | 13 dekabr 2017 | Çərşənbə
Məqaləyə 2895 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Mərkəzi Bankın da hökumətdən tələbləri olmalıdır
Qızılda 12 ilin ən böyük ucuzlaşması
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Qiymətli metal 4.185 dollara yüksəldi
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Bu gün dünya maliyyə bazarlarının gözü-qulağı FED toplantısında olacaq, uçot dərəcəsinin 0,25 faiz artırılacağı heç kimdə şübhə doğurmur. Əsas məsələ 2018-ci il üçün Yol Xəritəsinin açıqlanmasıdır. Ola bilər ki, FED gələn il 3 deyil, 4 faiz artımı olacağını elan etsin - bu zaman dollar indeksinin daha sürətlə bahalaşmasını görə bilərik.
Qərarın Azərbaycana birbaşa təsiri yoxdur. Amma istər-istəməz dünyada gedən proseslər mütləq ölkəmizdən də yan keçməyəcək.Məsələn, dekabr ayı Azərbaycan Mərkəzi Bankının (AMB) ən çox dollar satacağı aylardan biri olacaq. Bu ay 3 hərrac keçirilib: 5 dekabr - 34 milyon 200 min, 7 dekabr - 55 milyon 050 min, 12 dekabr - 75 milyon 950 min dollar satılıb. Yəni ölkədə dollara tələbat sürətlə artır, bunun səbəbi FED deyil, ölkədə pis bir ənənə var - 4-cü rüb büdcə xərcləri, manat kütləsinin dövriyyəsi artır, təbii ki, dollara tələbat da yüksəlir. İlin sonu qeyri-leqal qazanılmış manatlar da dollara çevrilir.
Manata, hələ ki, ciddi təhlükə yoxdur, çünki neft qiymətləri yüksəkdir, amma FED qərarları, qonşu ölkələrdə baş verən yüngül devalvasiyalar mütləq gec-tez manata da təsir göstərəcək. Manatın məzənnəsi tam inzibati olduğu üçün hər şey hökumətin qərarlarından və neft qiymətlərindən asılı olacaq.
Bu il bizdə neft hasilatı 6 faiz azalıb, amma qiyməti 35 faizə yaxın artıb, buna görə də hökumət rahat davranır. Yəni, ticarət balansında müsbət saldo hökumətin əməyi nəticəsində deyil də, neftin bahalaşmasına görə yarandı.
2018-də manat kütləsi artacaq, çünki büdcə xərcləri artır, deməli manata təzyiq də yüksələcək, FED 3-4 dəfə faiz artırsa, neft isə yenidən 50-55-lərə düşsə manatın vəziyyəti gərgin olacaq...