
Neft yükəlişini qoruyur
Orta Şərq gərginliyi ilə qara qızılın qiymətini artırır
Orta Şərq gərginliyi ilə qara qızılın qiymətini artırır
İsrailin Qətər hücumu və sanksiya gündəmi qiymətləri yüksəltdi
Zəif tələbat və artan hasilat neft bazarına təzyiq göstərir
OPEC+ qərarı və sanksiya narahatlıqları qiymətləri yüksəltdi
Qara qızıl Rusiyaya qarşı yeni sanksiya hədələri ilə həftəyə artımla başladı
Qara qızıl ötənhəftəki itkisinin bir qismini bərpa etdi
ABŞ göstəricilərindən sonra enerji və kənd təsərrüfatı ucuzlaşdı, metallar bahalaşdı
Təşkilat strategiyasını dəyişib
Bazarda gözləntilərin yüksəldyi deyilir
“2026-cı ilin sonunadək 50 dolların altına enə bilər”
Qara qızıl OPEC+ ərəfəsində ucuzlaşmaqda davam etdirir
Qaçaqmalçılıqla məşğul olan gəmiçilik şirkəti qara siyahıya salınıb
Suriya rəsmi xam neft satışını həyata keçirdi
Çindəki istehsalın daralmasının beşinci ay davam etməsi qiymətləri aşağı çəkir
1 tondan çox xam neft dənizə axdı
Neft bazarı üç ay sonra ilk aylıq enişə hazırlaşır
“Reuters” agentliyi sənaye mənbələri və naviqasiya şirkətlərinə istinadən İranın 66 milyon bareldən çox neftini ölkənin yerüstü anbarlarında və tankerlərində depoladığı barədə məlumat yayıb.
Agentliyin məlumatına əsasən, bu qədər neft sanksiyalar səbəbindən dünya bazarlarında müştərisiz qalıb. Bundan əlavə, aprel ayında qədər İran Çinin neft təsisatlarında da 20 milyon bareldən çox neft depolayıb və hazırda anbarlarda müştərisiz qalan qara qızılın miqdarı artmaqdadır.
Xatırladaq ki, Amerika Birləşmiş Ştatları 2018-ci ilin noyabr ayının əvvəllərində İranın neft və qaz sektoruna qarşı sanksiyalar qəbul edib. Bu sanksiyalarda 8 ölkəyə öz daxili tələbatlarını ödəmək üçün 180 gün müddətində İrandan neft alışını davam etdirməyə möhlət hüququ tanınırdı. Həmin müddət ərzində bu ölkələr öz ehtiyaclarını ödəmək üçün alternativ mənbələrə üz tutmalı idilər. Mayın 2-də bu müddət bitdikdən sonra artıq İrandan neft alan bütün ölkələr Amerikanın sanksiyaları ilə üzləşəcəklər.
Embarqolardan sonra İranın günlük neft ixracatı 2.5 milyondan 1 milyon barelə düşmüşdü. Hazırda isə 8 ölkəyə verilmiş möhlətin uzadılmaması səbəbindən bu rəqəm günlük 500 min bareldən aşağı enib. Hazırda İranın qeyd edilən miqdarda nefti sanksiyalardan yayınaraq, Asiya ölkələrinə satdığı bildirilsə də, müştərinin dəqiq olaraq kim olduğu məlum deyil.
İran sata bilmədiyi neftin bir hissəsini Çinin Dalyan neft emalı zavodunda depolayır və aprel ayının sonuna qədər 20 milyon bareldən çox müştərisiz neft bu zavodda anbarlara yığılıb.
Naviqasiya şirkətlərinin təqdim etdiyi məlumatlarda Asiya istiqamətində hərəkət edən İran tankerlərinin satılmış nefti müştəriyə çatdırmaq üçün deyil, Çinə depolamaq üçün apardığı ehtimal edilir.